Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Lamiyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Azərbaycan Dillər Universitetini bitirmişəm. İxtisasca ingilis dili müəllimiyəm. Müəllim kimi on ildən çox təcrübəm var. Sayılıb-seçilən bir çox liseylərdə müəllim kimi çalışmışam. Sadəcə olaraq, heç vaxt kiminsə rəhbərliyi altında işləməyi sevməmişəm. Ona görə də öz istəyimlə işdən çıxıb özümə aid şəxsi işlər qurub rəhbərlik etdim. Sonuncu işim isə "Mələklər" uşaq bağçası oldu. Bu bağça mənim üçün ancaq mənəvi dəyər daşıyır. Onu da qeyd edim ki, mənim səkkiz il övladım olmayıb. Ona görə də hər bir uşağa öz övladım kimi baxmışam. İndi Mələk adında bir qızım var. Bağçanın adını da qızım adı ilə adlandırmışam. Bu bağça heç bir reklam olmadan qısa zaman kəsiyində tanındı. Hal-hazırda bağçamızda əlliyə yaxın uşaq var və yüksək nəticələri ilə seçilir.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- 0-6 yaş aralığında olan uşaqları qəbul edirik.
- Bağçanızda hansı xidmətlər mövcuddur?
- Biz uşaqlara Azərbaycan və Rus dillərində təhsil veririk. Həftədə isə üç dəfə İngilis dilində dərslərimiz olur. Bundan başqa, rəsm, musiqi, şahmat və s. dərnəklərimiz də fəaliyyət göstərir. Bizim bağçamızdan çıxan uşaqların məktəbəqədər hazırlığa getməyinə ehtiyac qalmır. Çünki burada sərbəst şəkildə yazmağı-oxumağı bacarırlar.
- Üstünlüyünuz və fərqliliyiniz nədədir?
- Bir ilk öncə təcrübəli müəllimləri işə götürür. Əvvəlcə bir həftə sınaq müddəti olur. Bundan başqa, bağçamızda güclü kamera nəzarəti var. Qidalanmaya da xüsusi diqqət yetiririk. Bütün ərzaqları özüm alıram. Onu da qeyd edim ki, bağçamızda psixoloq və loqoped də fəaliyət göstərir. Ayda bir dəfə valideynlər üçün müxtəlif mövzularda seminarlar təşkil edirik.
- Xarakter olaraq necə birisiniz?
- Düzgünlüyə çox önəm verirəm. Bunu öz işimə da yansıdıram. İnsanlara dəyər verməyi bacarıram. İşçilərimə də bacardığım qədər qayğı göstərməyə, onları razı salmağa çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Məsuliyyətsizliyi qəti surətdə "yox" deyirəm. İnsan məsuliyyətli olanda hər bir məqsədə çatır.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir övladım var.
- Bizdə olan məlumata görə, siz xeyriyyəçiliklə də məşğulsunuz...
- Bəli, bu xüsusiyyət məndə hər zaman olub. Amma 44 günlük Vətən müharibəsindən sonra bu hissim daha da artdı. Biz dəfələrlə şəhid ailələrinə, imkansız ailələrə yardımlar aparmışıq. İndi də davam edirik. İnanın, hər yardım etdikdən sonra daxilən bir rahatlıq tapıram.
- Görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Çox istərdim ki, bizim insanlarımız yardım etməkdə fəal olsunlar. Bir də ki, xanımlarımızın güclü olmağını, əzilməməyini arzu edirəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlərə demək istərdim ki, uşaqları bağçaya göndərəndə ilk bir həftəni səbrlə gözləsinlər. Çünki uşağın adaptasiya dövrü var. Valideynlər bunu rahat qəbul etsinlər. Eyni zamanda, uşaqlarını bağçadan götürən valideynlər onlara pozitiv suallar versinlər və onlarda bağçaya qarşı bir sevgi aşılasınlar. Bir xanım olaraq isə xanımlara qarşı çox həssasam. Hər bir xanim öz dərdini mənimlə çox rahat bir şəkildə bölüşə bilir. Hətta məni öz idealı görən xanımlar da az deyil (gülür). Amma mən bunu zəiflik kimi qəbul edirəm. Çünki hər bir insan əvvəlcə özü olmalıdır. Özünü tapmalıdır.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma müsbət tərəfdən nə gəlirdisə, o da başıma gəldi. Qısa zamanda bu qədər uğur qazandığım üçün özümü çox xoşbəxt hesab edirəm. Buna görə da Allah hər zaman şükür edirəm.
Əlaqə nömrəsi: (051) 520 12 13