Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- İlhamə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Ətrafımda olan insanlar psixoloji durumu ilə bağlı narahatlıqlarını daim mənimlə çözməyə çalışıb və bu davamlı olaraq davam etməklə məndə insanların psixologiyasını öyrənməyə maraq oyadıb. Bununla belə, insanı öyrənmək, onun həyat yolunun addımlamasında işıq olmaq mənim maraq dairəmə çevrilib. Buna görə yaşayış yerimə uyğun olaraq Psixoloq sahəsinə yiyələnmək üçün ADPU-nun Quba filiana daxil oldum və müvəffəqiyyətli akademik göstəricilərlə universiteti bitirdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 5 ildir ki, bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- PSİXO Psixologiya və İnkişaf Mərkəzinin təsisçisiyəm.
Uşaq və yeniyetmələrə psixoloji seanslar keçirəm.
Aktual olan problemlər üzrə psixoloq, pedaqoq və bu sahədə olan tələbələr üçün müxtəlif təlimlər və kurslar təşkil edirəm.
Uşaqlarda olan idrak proseslərinin inkişaf etdirilməsi üzrə kitab yazıram. Yaxın aylarda kitabım işıq üzü görəcək İnşAllah.
Əlavə olaraq, hazırda 246 saylı məktəb-liseydə psixoloq olaraq fəaliyyətimi davam etdirirəm.
- İş prinsipinin nədən ibarətdir?
- Əsas iş prinsipim insanlarda empatiya hissini oyatmaqdır.
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Müxtəlif yaş qrupuna daxil olan insanlarla çalışıram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Qarışıq ailələrdə olan problemlər çoxluq təşkil edir. Müraciətlərin əksəriyyəti həmin ailələrdə kənar müdaxilə əsasında valideyn-övlad münasibətlərində olan problemlərdir.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Gender bərabərsizliyinə "yox" deyirəm. Necəki, ailəmdən bunu görmüşəm. Anam, atam, qardaşım və mən həmişə bu devizlə ailədə möhkəm bir bağ qurmuşuq.
- Xarakter olaraq necə birisiniz?
- Empatiya qurmağı bacaran, öz nailiyyətlərimə güvənən, kompleksi olmayan biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara tövsiyyəniz nədir?
- Tövsiyyəm odur ki, qarşılarındakı insana fikir bildirmədən öncə həmin insanla empatiya qurmağı bacarsınlar. Yalnız empatiya hissinin oyaq olduğu təqdirdə insan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Bununla belə, situasiyaya adekvat bir cavab verərək sağlam bir dialoqa girə bilər. Əks təqdirdə anlaşılmazlıq yaranmaqla konfliktlərə səbəb ola bilər.
Empatiya qurmaqla həyatımızı işıqlandırmağı bacaraq.
Əlaqə nömrəsi: (099) 307 05 03