Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
- Susana xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən əslində hüquqşünasam. Hal-hazırda da bu sahə üzrə çalışıram. İkinci təhsilim isə ibtidai sinif müəllimliyidir. Halbu ki, bu sahə mənə tam yad olan bir sahə idi. Amma tədricən bu sahəni sevməyə başladım və özümü də şagirdlərə sevdirdim. Təsəvvür edin ki, mən tədrisə iki uşaqla başlamışam. Bu say getdikcə artıb. İndi isə sinifimdə yer yoxdur. Bu da məncə, mənim kreativ müəllim olmağından və fərqli dərs keçməyimdən irəli gəlir. Yeniliklər etməyi xoşlayıram. Dərsi standandart şəkildə keçmirəm. Mən heç vaxt maddiyyata önəm verməmişəm. Əsas hədəfim uşaqlara yaxşı təhsil vermək və onları doğru istiqamətə yönəltməkdir. Müəllimlik peşəsi mənim aləmimdə tamam başqa bir şeydir. Bu işin haqqını layiqincə verməyə çalışıram. Əsas məqsədim uşaqları xoşbəxt etməkdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2017-ci ildə universitetə qəbul olmuşam. Təxminən altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim işimə müdaxilə olunanda xoşum gəlmir. Mən bir çox təhsil müəssisələrində olub onların təhsil sistemi ilə yaxından tanış olmuşam. Bu gün həmin sistemi öz sinifimizdə tətbiq etməyə çalışıram. Əsas iş prinsipim uşaqların sinifdə mütaliə etmək bacarığını formalaşdırmaqdır. Şagirdlərə yalnız termin öyrətmək yox, onlara hər şeyi praktik olaraq göstərmək lazımdır. Mən keçdiyim hər mövzuya uyğun olaraq çalışıram ki, şagirdlərə onu canlı şəkildə göstərim və izah edim.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mənim öz şəxsi səhifəm var. Orada şagirdlərin gündəlik fəaliyyətlərini, bilik və bacarıqlarını paylaşıram. Qazandığım təcrübələri onlarla bölüşürəm. Bunu da həm şifahi, həm də praktik şəkildə edirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Valideynlər günün sonu uşaqlardan-sizi incidən oldu,müəllimə sizi danladı,kim səni vurdu deyil.Günüm necə keçdi,bu gün nə öyrəndin bu cür təhsilə və balalara yanaşsınlar istərdim.
- Xarakter olaraq necə birisiniz?
- Dərs zamanı çox sərt, ciddi və kreativ biriyəm. Kənarda isə çox şən mehriban və gülərüz biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Təhsil sistemində sizi qane etməyən nədir?
- Dərsdən əlavə kağız-kuğuz işləri... Çox yaxşı olardı ki, müəllimlərə dincəlməkləri üçün şərait yaratsınlar. Onları dərsdən sonra jurnallarla, digər sənəd işləri ilə çox yormasınlar.
- Valideynlərə nə məsləhət görürsünüz?
- Valideynlər bəzən adlı-sanlı yer axtarırlar. Amma əvvəlcə yaxşı və maddiyyatı güdməyən müəllim tapmaq lazımdır. Müəllim peşəsini heç vaxt aşağı tutmasınlar.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən belə gözəl bir müəllim olaram (gülür).
Əlaqə nömrəsi: (077) 623 64 46