Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

A-diet layihəsinin rəhbəri, Diyetoloq Afaq Rzayeva : "Autizmli uşaqların inkişafı üçün qidalanmasına diqqət etmək mütləqdir".

Tarix:22-01-2024, 21:30

A-diet layihəsinin rəhbəri, Diyetoloq Afaq Rzayeva : "Autizmli uşaqların inkişafı üçün qidalanmasına diqqət etmək mütləqdir". - Afaq xanım sizin sosial şəbəkədə Autizm haqqında paylaşımlarınızı gördüm, diqqətimi çəkdi və qərara gəldim ki, Sizdən müsahibə alım.

- Təşəkkür edirəm, Cavidan bəy. İnsanları daima maarifləndirməyə çalışıram.

- Niyə məhz autizmli uşaqlar?

- Autizmli uşaqların inkişafı üçün qidalanmasına diqqət etmək mütləqdir.
Hazırki dövrdə hər 5 ailənin birində bu problem var. Autizmli uşaq ana bətnindən artıq belə formalaşır. 1,5-2 yaşından başlayaraq hematoensefal baryer pozulur və toksin beyinə keçir. Baş beyində destruksiya gedir və nəticədə uşaq inkişafdan qalır. Ona görə müalicə ilə orqanizmi təmizləmək və xüsusi qidalanma ilə orqanizmini toksinlərdən qorumaq lazımdır.

- Bəs bu uşaqların xüsusi qidalanması necə olur?

- Bəzi məhsullar var ki, onlar iltihabın yaranmasına, toksinlərin artmasına gətirib çıxarır. Mən sosial şəbəkədəki səhifəmdə paylaşmışam autizmli uşaqlara hansı qidalar olmaz.
İnstagram : afaqrzayeva_a_diet
Tiktok: a_diet

Əgər valideyn çeşid baxımdan çətinlik çəkirsə, o zaman sırf bu sahə üzrə təhsil alan mütəxəssislərə müraciət edə bilər.

- Afaq xanım necə oldu ki, bu sahəyə gəldiniz?

- Sağlam qidalanmaya uşaqlıqdan marağım var. Amma məktəbdə oxuyanda Tibb Universitetinə daxil olmaq istəyirdim, sadəcə çox arıq və immunitetim zəif olduğuna görə valideynlərim dedi orada dərslər ağırdır, gücün çatmaz. Baxmayaraq ki, məktəbdə əlaçı idim. Valideynlərimin istəyi ilə İqtisad Universitetinin bakalavr və magistr (qırmızı diplomla) təhsilini aldım. Bu sahədə illərlə çalışsam da həvəssiz idim. Sonra isə Sağlamlıq Mərkəzində işə başladım və uşaqlıq arzum reallaşdı. Oradan əldə etdiyim biliklərlə öz immunitetimi möhkəmləndirdim və daha da maraq oyandı.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- 2016-cı ilin dekabrında sağlamlıq mərkəzində fəaliyyətə başladım, orada sağlamlıq haqqında təlimlərə, seminarlara qoşuldum və həkimlərin yanında təcrübə əldə etdim. Artıq 8-ci ilə keçəcək ki, insanları sağlam qidalanma haqqında maarifləndirirəm. Əsas bu səhəyə olan marağıma görə yenidən təhsil alaraq 3-cü diplomumu əldə etdim.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Hazırda diyetoloq və nutrisioloq olaraq insanları sağlam şəkildə qidalanaraq çəki alıb vermələrinə yardım edirəm. İnsanları maarifləndirirəm diyeta saxlamaq ac qalmaq deyil, düzgün qidalanmaya riayət edərək, texnikanı öyrənərək istədikləri çəkini illərlə saxlaya bilərlər. Həmçinin diyeta tək arıqlamaq deyil, hər hansı xəstəlikləri, məsələn mədə-bağırsaq, diyabet, zob və digər problemlər üçün də xüsusi qidalanma mütləqdir.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim tək menyular təqdim etmək deyil. İnsanlara sağlam qidalanmanın faydasını və qidanın düzgün hazırlanma texnikasını öyrədirəm. Yəni bişirərkən qidanın tərkibində olan faydalı mineral və vitaminlərin qalması üçün nə etməliyik.
Həmçinin insanlara motivasiya edirəm, psixoloji dəstək və meditasiyalar təqdim edirəm. İstədikləri çəkini almaları və ya müalicə məqsədilə yedikləri qidaları sevərək yeməsinə və gündəlik enerjili olmalarına dəstək oluram.
Hazırda yaşam koçu təhsilini də alıram. Yaxın zamanda, pasiyentlərimi psixoloji fərdi konsultasiya da edərək köməklərinə çatacam. Çünki insanların enerjisini alan bir çox məsələlər var, onların fərqinə varmaları və enerjilərini qoruyaraq məqsədlərinə çatmasına yardım etməyi özümə borc bildim.

- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?

- Bütün yaş qrup insanlarla. Çünki mən uşaq diyetologiyası üzrə və autizmdə qidalanma üzrə də təhsil almışam. Uşaqlar ana bətnində olanda da qidalanma mütləqdir, ona görə hamiləlikdə qidalanma istəyənlərə də dəstək oluram.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

Son zamanlar, autizmli uşaqların qidalanması ilə müraciətlər daha çoxdur, nəticələrimiz də maşaAllah var. Səhifəmdə paylaşmışam.

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- İnsanların diyeta saxlayıram deyərək, ac qalmasına YOX deyirəm. Çünki ac qaldıqdan sonra, ən yaxşı halda, öz çəkilərindən də artıq kökəlməyə məruz qalacaqlar. Ən pis halda isə orqanlarına, əsasən mədə-bağırsaq sisteminin, hormonların funksiyalarının pozulmasına səbəb olur.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq, məsuliyyətli insanam. İnsanların bütün suallarını cavablandırıb onları maarifləndirməyi sevirəm. Onların etdikləri hər hansı işi gözüyumulu yox, bilikli şəkildə etməklərini öyrədirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhət edərdim ki, savadlı diyetoloqlara müraciət etsinlər. Sosial şəbəkələrdə videolara baxıb mütəxəssis ilə məsləhətləşmədən qida qəbul etməsinlər. Çünki pasiyentlərimin bəzisi şikayətlənir ki, baxdım sirkə ilə arıqlamağa, içdim mədəmdə xora yarandı, zəncəfilli su içdim ürək döyüntülərim çoxaldı, detox etdim böyrəklərimdə kristallar əmələ gəldi. Hər bir təbii qidanı da düzgün qəbul etməsəniz orqanlara fəsad verə bilərsiniz.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, daha çox autizmli uşaqlara xidmət edəcəm. Amma bu sahə üzrə uğurlar əldə etdiyimə görə çox sevinirəm.

Əlaqə nömrəsi: (055) 230 59 84

A-diet layihəsinin rəhbəri, Diyetoloq Afaq Rzayeva : "Autizmli uşaqların inkişafı üçün qidalanmasına diqqət etmək mütləqdir".
A-diet layihəsinin rəhbəri, Diyetoloq Afaq Rzayeva : "Autizmli uşaqların inkişafı üçün qidalanmasına diqqət etmək mütləqdir".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...