Anons

Dünən, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Dünən, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

Dünən, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

Dünən, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Dünən, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

Dünən, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

Dünən, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Dünən, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

Dünən, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Dünən, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

Dünən, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

Dünən, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

2-05-2024, 19:43- Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

2-05-2024, 19:16- Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

2-05-2024, 18:38- Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

2-05-2024, 16:40- Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

2-05-2024, 16:05- Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

2-05-2024, 15:28- Ərzaq alıb yedi, pulunu ödəmədi – Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - FOTO

2-05-2024, 14:53- “Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

2-05-2024, 14:11- FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Haqqımızda Əlaqə

Məktəbəqədər və ibtidai siniflər üzrə ingilis-dili müəllimi Nəzirə Quliyeva: "Valideyn övladı ilə çox zaman keçirməlidir"

Tarix:22-01-2024, 06:30

Məktəbəqədər və ibtidai siniflər üzrə ingilis-dili müəllimi Nəzirə Quliyeva: "Valideyn övladı ilə çox zaman keçirməlidir" - Nəzirə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim anam da, xalam da müəllimdir. Yəni ki, bizim ailədə müəllimlik geni var. Amma mən birinci dəfə universitetə qəbul olmadığıma görə işləməyə, dayəlik etməyə başladım. Orada işləyə-işləyə bu sahə mənə çox maraqlı gəldi və bu sahədə işləməyi qərara aldım. Çünki həm uşaqları çox sevirdim, həm də müəllimlik məndə alınırdı.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on dörd ildir ki, bu sahədəyəm. Bu müddət ərzində müəllimlik üzrə iki diplom aldım. Qeyd edim ki,  Azərbaycanda montosori proqramı üzrə çox az müəllim var, mən də onlardan biriyəm. Bununla da çox qürur duyuram.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Valideynlər daha çox uşaqlarının ingilis dilini tez bir zamanda necə öyrənəcəkləri ilə bağlı müraciətlər edirlər. Amma mən onlara hər zaman deyirəm ki, hər uşaq, hər beyin individualdır.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- İndi bəzi valideynlər uşağın üzərinə çox gedir. Onları rahat inkişaf etməyə, müstəqil qərarlar verməyə və onlara məcburi olaraq nəyisə icra etdirməyə çalışırlar. Mən bu hallara qəti surətdə "yox" deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq pozitiv, ürəyiaçıq, qayğıkeş və gülərüz biriyəm.

- Ailəlisinzimi?

- Bəli, ailəliyəm. Bir qızım, bir oğlum var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Əziz valideynlər, siz uşaqlarınızın necə inkişaf etdiyinə xüsusi diqqət yetirməlisiniz. Əgər uşağın oxumağa meyli yoxdursa, onu məcbur etməməlisiniz. Çünki hər uşağın  öz qavramaq tutumu var. Bir də ki, uşaqlarınızla çox zaman keçirməyə çalışın.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bəzi hallarda bəzi uşaqlara baxarkən göz yaşları tökəcəyəm. Çünki bəzi valideynlərin ürəkləri yumuşaq deyil. Ağlıma gəlməzdi ki, mən bu  işi bu qədər sevəcəyəm və özümü hər zaman bir tələbə kimi görəcəyəm.

Əlaqə nömrəsi: (055) 212 64 78

Məktəbəqədər və ibtidai siniflər üzrə ingilis-dili müəllimi Nəzirə Quliyeva: "Valideyn övladı ilə çox zaman keçirməlidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...