Anons

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

6-05-2024, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

6-05-2024, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Haqqımızda Əlaqə

Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"

Tarix:13-01-2024, 19:37

Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi" Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"

- Aysel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Rəqsə olan sevgim, həvəsim özünü 2-3 yaşımdaykən biruzə vermişdi. Həmçinin baxça yaşlarımda və ibtidai sinif vaxtlarında rəqsə olan sevgim daha da artırdı. O zamanlardan televiziya kanallarında gördüyüm rəqsləri, hərəkətləri təkrar edərdim. Musiqi duyumum isə çox yaxşı idi. Nənəm və anam baxçada musiqi müəlliməmin “bu qız çox istedadlıdır, istedadının itib batmasına icazə verməyin” məsləhətini dinləyərək məni İncəsənət Gimnaziyasına yazdırdılar.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ildir ki, bu sahədə çalışıram.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Bu il 12 Aprel “Uğurum” rəqs qrupunun yaranmasının 10 ili tamam olur. Düşünürəm ki, bu illər ərzində heç də az işlər görməmişik. Uğurlarımız bol olub.
Hər zaman çalışıram ki, tələbələrimə Azərbaycan Milli rəqslərimizi düzgün şəkildə öyrədim və təbliğ edim. İstedadlı tələbələrimizlə bir çox Dövlət tədbirlərində çıxış edirik. Həmçinin televiziya kanallarında, uşaq verişlərində bizim çıxışlarımızla qarşılaşa bilərsiniz. Bundan başqa Gürcüstana, Türkiyəyə qastrol səfərimiz də olub. Və yaxın zamanda yenə planlaşdırırıq.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Çoxları bilir ki, mən rəqslə yanaşı, müalicəvi gimnastika dərsləri də keçirəm. 2-3 il bundan öncə mənə sağlamlıqla bağlı müraciət edənlər çox idi. Skolyoz, kifoz, lordoz və s. kimi onurğa və başqa problemlər ilə həkim məsləhətilə rəqsə və ya müalicəvi gimnastikaya yazılanlar çox idi.  Son zamanlarda isə, xüsusilə,  son bir ili mənə ən çox  rəqsə hobbi və ya sırf sağlamlıq üçün yox, Sənət kimi seçib gələnlər daha çoxdur. Və məni ən çox sevindirən tələbələrimin “Mən də böyüyəndə Aysel müəlliməm kimi rəqs müəllimi olacağam” deməsidir. Bu sözü 5-6 yaşlı tələbələrdən eşitməyin necə bir hiss olduğunu bilirsiniz?

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Xalq rəqslərimizin vurğunu olan bir  müəllimə kimi , küçə rəqslərinin təbliğinə qəti sürətdə “YOX” deyirəm. Xüsusilə, azyaşlı qız uşaqlarının oğlan kimi rəqs etməklərinin əleyhinəyəm. Eyni zamanda, azyaşlı oğlan uşaqlarının yaşından böyük hərəkətlər etməklə rəqs etməkləri də heç ürəkaçan deyil. Bu qədər zəngin musiqilərimiz var ikən, xanıma xas olan incə elementlər, bəyə yaraşan igidlik hərəkətləri olduğu təqdirdə, digərlərinə nə ehtiyac var?!

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq dəyişkən biriyəm. İşimdə bir başqa, ailə ortamında və dostlarımın əhatəsində bir başqa oluram. Ümumi olaraq isə ünsiyyətcil, səmimi, çılğın bir insanam. İstər evdə, istərsə də işdə 3 yaşlı tələbələrimlə uşaq olmağı bacaran, lazım gəldikdə isə özümdən 20 yaş böyüklərə məsləhət verməyi bacaran insanam.

- Ailəlisinizmi?

- Xeyr, ailəli deyiləm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Rəqs etmək mənə görə min bir dərdin dərmanıdır. Rəqs sağlamlıqdır, gözəllikdir.
Rəqs özünüzlə və başqaları ilə əlaqə qurmağınıza imkan verir.
Əhval-ruhiyyəni yaxşılaşdırır.
Oxuculara demək istəyirəm ki,
rəqsin bu faydalarından yararlanmaq üçün heç vaxt gec deyil. Yaşınızdan, peşənizdən asılı olmayaraq rəqslə məşğul ola bilərsiniz. Ən əsası, peşəkarlara üz tutmağınızı məsləhət görürəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bir gün bu sahədə bu qədər seviləcəyəm. Rəqslə və tələbələrimlə nəfəs alacağam. Sözün əsl mənasında, rəqsi, sənətimi və tələbələrimi çox sevirəm. Bu da məni hər zaman çox xoşbəxt edir.

Əlaqə nömrəsi: (051) 641 33 23

Instagram: Ugurum.reqs.qrupu

Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
Rəqs müəllimi Aysel Ələkbərzadə: "Bir gün bu sahədə bu qədər səviləcəyim ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...