Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"

Tarix:26-12-2023, 23:30

Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir" - Gülnar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İlk ixtisasım ibtidai təhsilin metodikası idi. Lakin mən bu sahədə özümü görə bilmirdim. Ona görə də ikinci təhsilimi məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə aldım. Kənardan bu iki ixtisas arasında çox fərq görmürlər (bu da yaş həddlərinə görə ) Lakin hər birinin özünə məxsus incəlikləri var. Kiçik yaşlı uşaqlara olan bu sevgim məni bu sənətə gətirdi

- İşinizin özəlliyi nədən ibarətdir?

- Çalışdığım bu sahənin ən sevdiyim tərəfi təbii ki, uşaqlardır. Onların dünyasında olmaq zövqvericidir.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- Bu sahə üzrə 10 ildən çoxdur çalışıram.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Mən daima axtarışda olan , yeniliklərə açıq olan biriyəm. Ölkəmizdə məktəbəqədər sahə üzrə çatışmayan tərəfləri düzəltmək, bu yöndə faydalı olmağa çalıram. Bu fikrin üzərindən gedərək 1-2  və 2-3 yaşlı uşaqlar üçün kitablar yazmışam.

- Kitablarınız haqqında məlumat verə bilərsinizmi?

- Kitablarım erkən inkişaf proqramına əsaslanaraq 1-2 yaşlı uşaqlar üçün  “Mənim ilk kitabım” , 2-3 yaşlı uşaqlar üçün isə  “Mənim sevimli” kitabım adlı kitablardır. Bu kitablar nitq inkişafı ləngiməsi olan , eyni zamanda digər yaş qrupu uşaqlar üçün nəzərdə tutulub. Kitablar uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq , rəngarəng şəkillərlə , əsrarəngiz formada tərtib edilib. İstifadə edən hər  uşağın sevimli kitablarıdır).

- Sizcə məktəbəqədər təhsil uşaqlara niyə öyrədilir ? Bu nə qədər vacibdir ?

- 1-6 yaş məktəbəqədər yaş dövrü hesab edilir. Bu dövrdə verilən təhsil uşağın sosial - emosional, problem həlletmə, yaşıdları ilə ünsiyyətə girmə bacarığını inkişaf etdirir. Eyni zamanda uşaq məktəb dövrünə də hazır olur. Məktəbəqədər təhsil vasitəsilə uşaqların  əqli, fiziki, yaradıcı potensialının ,estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin və ən önəmlisi şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.Bütün bu sadaladıqlarım məktəbəqədər yaş dövrü üçün önəmli hesab edilir.

- Valideynlərə pedaqoq kimi nəyi tövsiyyə etmək istərdiniz?

- Hər bir valideynin vəzifəsidir ki, övladının erkən yaşdan əxlaqi , intellektual, fiziki inkişafına şərait yaratsın. Buna görə də uşaqlara zaman ayırmaq , onlara ehtiyacları olduqları mənəvi dəyəri vermək  lazımdır. Ən önəmlisi isə  uşaqların psixoloji , fiziki durumuna zərər verəcək texnoloji vasitələrdən uzaq tutsunlar.

Əlaqə nömrəsi: (070) 833 75 74

Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"
Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"
Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"
Məktəbəqədər təhsil üzrə mütəxəssis Gülnar Əmiraslanova: "Uşaqların dünyasında olmaq zövqvericidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...