Anons

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

2-07-2025, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

2-07-2025, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Terapevt Ceyran Dibirova: "Vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"

Tarix:21-12-2023, 14:30

Terapevt Ceyran Dibirova: "Vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir" - Ceyran xanım, necə oldu ki, həkim oldunuz?

-  Biz ailədə altı bacı olmuşuq. Qardaşımız olmayıb. Mən də zirək olduğuma görə hər işə məni göndərirdilər. Hətta mənə "təcili yardım" da deyirdilər (gülür). Elə oldu ki, səkkizinci sinifdə oxuyarkən həkim olmaq qərarına gəldim. Çünki atam xəstə olanda ona mudaxilə edən həkimlərə qibtə ilə baxırdım. Atam isə pianoçu olmağımı istəyirdi. Çünki çox gözəl piano ifa edə bilirəm. Lakin mənim elə bir istəyim yox idi. Arzum həkim olmaq idi. Məktəbi də əla qiymətlərlə bitirib həkim oldum. Yaxşı ki, bu sahəyə gəldim. İşimi çox sevirəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- 35 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən ixtisasca terapevtəm. Ailə həkimiyəm. Mən çalışıram ki, əsas müalicələri özüm edim. Şükür ki, nəticələrim də yüksək olub. Mən hələ də müxtəlif kurslara, seminarlara qoşulub öz biliyini təkmilləşdirmə.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda virus infeksiyaları çoxalıb. Qeyd edim ki, mən pandemiya vaxtı yüzlərlə viruslu xəstələri müalicə etmişəm və ağırlaşan xəstələrim olmayıb. Hamısı sağalıb.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Sosial şəbəkələrdə həkimliyə aid məsləhətlərin verilməsinə qəti surətdə "yox" deyirəm. Bir də ki, çox istərdim ki, həkimlərin yerinə görə qiymət verməsinlər. Bəzən deyirlər ki, filan həkim kənddə işləyir. Savadı azdır. Mən bu fikirlə razı deyiləm.

- Ailəlisinizmi?

- Ailəliyəm. İki övladım var. Hər ikisi də həkimdir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, həkimə vaxtında getsinlər. Profilaktik müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müdaxilə və müayinə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən Sovet dövründə oxumuşam. O zamanlar həkimə hörmət daha da çox idi. Ağlıma gəlməzdi ki, nə vaxtsa həkimə qarşı bəzi hörmətsizliklər olar.

Əlaqə nömrəsi: (050) 723 91 00

Terapevt Ceyran Dibirova: "Vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
Terapevt Ceyran Dibirova: "Vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
Terapevt Ceyran Dibirova: "Vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...