Anons

Bu gün, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Bu gün, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Bu gün, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Bu gün, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Bu gün, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Bu gün, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Bu gün, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Bu gün, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Bu gün, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Bu gün, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Bu gün, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

Dünən, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Dünən, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

Dünən, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Dünən, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

Dünən, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Dünən, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Dünən, 12:31- "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Haqqımızda Əlaqə

Uzman klinik psixoloq, psixoterapevt Arzu Hüseynzadə: "Düşündüyümüz hər şey davranışımıza təsir edir"

Tarix:8-09-2023, 15:56

Uzman klinik psixoloq, psixoterapevt Arzu Hüseynzadə: "Düşündüyümüz hər şey davranışımıza təsir edir"
- Arzu xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim üçün səbəb nəticə əlaqəsi hər zaman çox əhəmiyyətli olmuşdur. Nə, niyə baş verdi və nə oldu… Hər yaş dönəmimdə bu səbəb nəticə əlaqəsi daha fərqli formalarda özünü göstərdi. Daha kiçik yaşlarda təbiətdə baş verən hadisələr üzərinəykən, bir zaman sonra bu insan orqanizması ve daha sonrasında insan beyni olaraq yekunlaşdı. İnsanların, xüsusən də özümü onların daxili aləmlərinə səyahətlərində müşayiət etmək istəyirdim. Konkret problem kimi təsvir edə biləcəyimiz fizioloji problemə orqanizmimizin reaksiyasının, psixoloji əsaslı problemə reaksiyası ilə necə eyni ola biləcəyi hər zaman maraqlı olmuşdur. Laboratiya testləri yaxud rentgen şüaları ilə konkretləşdirilə bilməyən, bu nəhəng dünyanı keşf etməli olduğumu düşündüm və təhsilimi bu istiqamətdə formalaşdırdım.O dövrdə bakalavr təhsilindən sonra təklif olunan alt bölmələrdən xəbərsiz olduğum üçün klinik psixoloq kimi hədəf peşəmin adını çəkə bilməsəm də, nə etmək istədiyimi artıq dəqiq bilirdim. Beləliklə, təhsilimin ilk ilindən etibarən öyrəndiklərimi nəzərriyyədə saxlamayaraq, tətbiq etmə arzumu davam etdirdim və budur artıq Uzman Klinik Psixoloq və Psixoterapevt statusuna sahibəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim, psixoterapiyanın etik qaydalarına və şəxsi məxfiliyə xüsusi diqqət çərçivəsində riayət etməyə və psixi sağlamlığı dəstəkləməyə əsaslanır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Yeniyetmələr, yetişkinlər, cütlüklər və ailələrə psixoterapiya tətbiq edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- İnsanların terapiyaya üz tutma səbəbləri müxtəlifdir və dəyişkənlik göstərə bilir. Lakin daha çox qismini ələ alacaq olsaq, deyə bilərəm ki, təşviş pozuntusu, depressiya, stresslə mübarizə strategiyalarına yiyələnmək, eyni zamanda şəxsi inkişaf yolunda özünü daha yaxşı tanımaq və münasibət problemləri ilə bağlı müraciətlər olduqca çoxdur.

- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?

- Terapiya, psixoloq anlayışları öncəki illərə nisbətdə ölkəmizdə xeyli inkişaf edib. Lakin inkişafa doğru ilərləməmizə rəğmən psixoloqa getməyə yüklənilən məna qəlibi təəssüf ki, hələ də mövcuddur. Doğru qərarlar aldığımız təqdirdə, başqalarının düşüncələrinin həyatımıza təsirinə icazə verməyimizə “yox” deyərdim qəti şəkildə.

- Ailəlisinzimi?

- Xeyr, subayam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Həyatımız enişli-çıxışlı anlardan ibarətdir. Bəzi hallarda çox yorğun, hətta çıxınılmaz vəziyyətdə olduğumuzu belə düşünə bilərik, nə edəcəyimizi bilmədiyimiz anlar da ola bilər. Lakin hər şeyin açarı yenə də özümüzdədir. Özünüzlə üzləşin, nə olursa olsun. Düşündüyümüz hər şey davranışımıza təsir edir axı... Məsələn, perspektifinizi dəyişərək diqqətimizi olduğumuz vəziyyətin ən müsbət tərəfinə kökləmək. Bu halda düşüncələrimiz dəyişəcək, hisslərimiz və hətta davranışlarımız da. Ruh halımıza təsir edən 3 əsas amil. Özünü yaxşı hissetməyin ən önəmli nöqtələrindən biri özgüvəniniz ve bu özgüvənin günü gündən artmasıdır. Lakin bunu ego ilə qarışdırmamalı, müəyyən çərcivə içərisində saxlamalıyıq.
Düşüncələrimiz həyatımızı şəkilləndirir, düşüncələr sizi yox, siz düşüncələri ələ alın, özünüzə qarşı fərqindəlik qazanın və xoşbəxt hiss edin.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, qəzəbləndiyim an dayanıb nəyə qəzəbləndiyimi düşünüm. Çox maraqlıdır o qəzəbə qapılıb, o duyğu ile qəlb qırmaq, vurmaq, qırmaq, dağıtmaq yox, o an sadəcə durmaq, bu nəyi deyişdirəcək deyə düşünmək, analiz etmək və nəhayətində “sağlam ve sakit zehin”.

Əlaqə nömrəsi: Whatsapp: (+905512709093)

Uzman klinik psixoloq, psixoterapevt Arzu Hüseynzadə: "Düşündüyümüz hər şey davranışımıza təsir edir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...