Anons

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

30-04-2024, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

30-04-2024, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

30-04-2024, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

30-04-2024, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

30-04-2024, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Pedaqoq, Psixoloq Könül Əli Əkbər: "Ruhun bütün xəstəliklərinin kökündə sevgi əksikliyi dayanır"

Tarix:7-09-2023, 10:32

Pedaqoq, Psixoloq Könül Əli Əkbər: "Ruhun bütün xəstəliklərinin kökündə sevgi əksikliyi dayanır"
- Könül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən müəllim ailəsində anadan olmuşam. Gözümü açandan valideynlərimin övlad sevgisi ilə bərabər şagird sevgisini görmüşəm.
Bu sahəyə marağım uşaqlıqdan yaranıb. Artıq beşinci sinifdə qərar verdim ki, mən məhz ingilis-dili müəllimi olacağam. Şükür ki, bu arzuma çatdım. 2010-cu ildə Bakı Sənaye Pedaqoji Kolleci bitirdikdən sonra "Zirvə" kurslarında, sonra Suraxanı rayonu 290 saylı orta məktəbdə işləmişəm. Daha sonra isə repetitorluqla məşğul olmuşam.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacib olan şagirdlərə öyrənməyi öyrətməkdir. Onlarda elmə, təhsilə həvəs yaratmaqdır.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən müəllimliklə yanaşı uşaq və yeniyetmə psixoloqu kimi də fəaliyyət göstərirəm. Bu il Bakı Dövlət Universitetini bitirərək ikinci təhsilimi də başa vurdum. Həmçinin ikinci kursdan etibarən seminarlarda təlimçi qismində çıxış edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Daha çox uşaqlarda olan qorxularla və diqqət əksikliyi ilə bağlı müraciətlər olur. Uşaqda qorxunun yaranmasına əksər hallarda səbəb valideynin özü olur. Onlar uşağın dəcəllik etməməsi üçün, sakit dayanması üçün, bir sözlə istədikləri nəticəni tez əldə etmək naminə müxtəlif vasitələrlə qorxudurlar ki, bu da uşaqda qorxunun, hətta bəzən travmaların belə yaranmasına gətirib çıxardır.

- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?

- İngilis-dili üzrə heç bir yaş məhdudiyyət yoxdur. Psixologiya üzrə isə uşaq, yeniyetmə və valideynlərlə işləyirəm.

- Xarakter olaraq necə birisiniz?

- İnkişafa meylli biriyəm. Yalnız irəli getmək barədə düşünürəm.
Arzularını məqsədə çevirən biri olduğum üçün qarşıma qoyduğum məqsədlərə çatana qədər davam edirəm.

- Bu yaxınlarda uşaqlar üçün bir mərkəz yaratmısınız. Bu ideya necə yarandı?

- Bu mərkəzin açılışını 2023-cü ildə, ad günümdə etmişik. Əvvəlcə online fəaliyyət göstərirdik. Bu ilin Noyabr ayında isə Yasamal rayonunda mərkəzimizin açılışını etdik. Hal-hazırda həm online, həm də canlı şəkildə fəaliyyət göstəririk.

- Öz sahəniz üzrə narahat olduğunuz məqamlar hansılardır?

- Narahat olduğum məqamlardan biri bəzi müəllimlərin pedaqoji ünsiyyəti kobud şəkildə pozmalarıdır. Onu da qeyd edim ki, indi məktəblərdə müəllimlər psixoloqla əməkdaşlığı çox az edirlər. Bu hal məni çox narahat edir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Həm müəllim, həm də psixoloq olaraq məsləhətim bu olardı ki, valideynlərimiz övladları ilə lazımi qədər zaman keçirsinlər. Uşağın yanında oturması zaman keçirmək anlamına gəlmir. 24 saat ərzində heç olmaya 30 dəqiqə bütün diqqətinizi, sevginizi övladınıza yönəldin. Çünki ruhun bütün xəstəliklərinin kökündə sevgi əksikliyi dayanır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sahəni seçərkən heç ağlıma gəlməzdi ki, hər aksenti yaxşı olan ingilis dili müəllimi işləyəcək, 3-5 sertifikatı olan özünə mütəxəssis psixoloq deyəcək. Reallıq onu göstərir ki, reklam gücünə bu cür "müəllimlərə", "psixoloqlara" müraciət edənlərin sayı çoxdur. Elə bir dövrdə yaşayırıq ki, diplomlu mütəxəssis olduğumuzu vurğulamağın və valideynləri də bu mövzuda diqqətli olmağa, istər müəllim olsun, istərsə də psixoloq, təhsilinin olub olmamasını soruşmağın lazımlı olduğunu görürük.

Əlaqə nömrəsi: (10) 329 28 81
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...