Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"

Tarix:6-09-2023, 11:20

Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"
- Gülər xanım, nəcə oldu ki, bu sahəyə gəldiniz?

- Mən hazırda Bakı Dövlət universitetinin Mexanika Riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının 3-cü kurs tələbəsiyəm. Universitetə qəbul olmamışdan qabaq Tibb üzrə hazırlaşmağıma rəğmən Son ilimdə qərarımı ani dəyişərək 1-ci qrupa sənədlərimi verdim. Özümü bu sahədə daha uğurlu görürdüm. Riyaziyyata olan marağım, uşaqlara nə isə öyrətmə sevgim, irsən gəlirdi. Çünki Babam Ali Riyaziyyat müəllimi olmuşdu, sonra dayım da onun yolunu davam etdirərək bu peşəni davam etdirir. Hazırda məktəb direktorudur. Mən də onlardan ilhamlandım deyə bilərik. Yaxşı ki, bu sahədəyəm. Çünki müəllimlik o qədər dəyərlidir ki, düşünün uşaqlara təmənnasız sevgi, qayğı verirsiz və qarşılığını artıqlaması ilə görürsüz. Hələ yolun başındayam. Yol isə çox gözəldir.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Sosial platformalarda çox fəalam. İnstagram, Telegram, youtube üzərindən online dərslər və sınaq qruplarım fəaliyyət göstərir. Əlavə olaraq öz dərslərimlə paralel, Kursda və fərdi şəkildə Riyaziyyat fənnini tədris edirəm. Bununla yanaşı Bakı Dövlət Universitetinin nəzdində olan "Math&Physics" təşkilatının Sədri kimi fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim ; "Öz şansını özün yarat"dan ibarətdir. Düşünürəm ki, hər bir insan doğulduğu andan bəri şanslıdır. Sadəcə daha çox mənfiyə və negativə kökləndiyimiz üçün, qarşımıza çıxan əngəlləri daha ön plana çıxarırıq, bu da özlüyündə malik olduğumuz şansların fərqinə varmamağımıza gətirib çıxarır. Məsələn, bir insan hər hansısa bir işdə uğursuzluqla qarşılaşdığı zaman ümidsizliyə qapanır. Və o işi davam etdirmir. Lakin mənə görə A planı alınmırsa, B planına keçmək lazımdır. O da alınmırsa, hələ əlifbada çox hərf var. İstədiyinizi alana qədər davam. Yəni ki, əgər siz həyatınızda baş verən hər bir hadisəyə müsbət aspektdən yanaşsanız, şansı və uğuru özünüzə çəkəcəksiniz.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq səmimi və rahat biriyəm.

- Hansı nominasiyalar üzrə mükafatlandırılmısınız?

- İnstagram platforması üzrə Math_guler sehifesinin uğurlu fəaliyətinə görə Caspianeventsgroup şirkətinin "GoldAwards2023" mükafatına layiq görülmüşəm.

- Nəyə "yox" deyirsiniz?

- Şagirdlərin məcburiyyət və qorxu çərçivəsində təhsilə cəlb olunmasına "yox deyirəm". Mən düşünürəm ki, onlar sevdikləri üçün dərs oxumalıdırlar. Məcbur olduqları üçün ya da qorxduqları üçün yox. Hazırda müəllim kimi yetişən kadrların çoxunda bu peşədə olmalarının səbəbini soruşduqda görərsiniz ki, əksər hallarda ən sevdikləri müəllimlərindən ilhamlandığını deyirlər. Çünki, Şagird müəllimi sevdiyi üçün onun fənni ilə maraqlanır və oxuyur. Şagirddə bu fənnə və hətta müəllimlik peşəsinə qarşı maraq artır. Necə ki mən də öz müəllimimi ideal olaraq görürdüm. Və gələcəkdə peşəkar müəllim kimi fəaliyyətim zamanı mənə dərs keçən bütün müəllimlərimin hər birindən müsbət xüsusiyyətləri və metodları götürərək, öz fəalliyətimə də tətbiq etmək istəyirəm. Ona görə də gələcək üçün savadlı kadr yetişdirmək istəyiriksə, bir müəllim olaraq gəlin fənnimizi və peşəmizi sevdirək.

- Oxuculara nə məsləhət görürsünüz?

- Daim hadisələrə pozitiv yanaşıb axışda qalmalarını və daim yeni biliklər axtarışında olub araşdırmacı ruhda özlərini inkişaf etdirməklərini məsləhət görürəm

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu qədər səbrli olaram və uşaqları bu qədər çox sevərəm.

Əlaqə nömrəsi: (050) 684 11 51

Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"
Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"
Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"
Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"
Repititor Gülər Musayeva: "Uşaqları bu qədər çox sevəcəyəm ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...