Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
- Səidə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Bu işə marağı məndə beşinci sinifdə oxuyarkən qarşıma çıxan ingilis-dili müəllimim yaratdı. Mən artıq onda qərar verdim ki, ingilis-dili müəllimi olacağam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 22 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Bu illər ərzində nə muşahidə etdiniz?
- Bu illər ərzində əvvəlki illərə nisbətən təhsilə marağın azalmasını müşahidə etdim. Daha doğrusu, maraq var, amma bir az dar çərçivədədir.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimdə məsuliyyətli olmaq əsas iş prinsipimdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən öz sahəm üzrə yay məktəbi layihələri, ali məktəblər üçün təhsil proqramları və s. hazırlamışam. Bundan başqa, treyninqlərdə iştirak etmişəm, öz sahəm üzrə ixtisaslaşmaq üçün xarici ölkələrə getmişəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı mürəciət olur?
- Daha çox abituriyent hazırlığı üçün müraciətlər olur.
- Hansı yaş qrupuna aid şagirdlərlə işləyirsiniz?
- Daha çox yuxarı yaş qrupuna aid şagirdlərlə işləməyə üstünlük verirəm.
- Bir neçə il bundan öncə ingilis-dilini öyrənmək istəyənlərin sayı daha çox idi. Amma indi bu rəqəm sanki azalıb. Razısınızmı?
- Bəli, razıyam. Bu da yəqin ki, iqtisadi əlaqələrlə bağlıdır. İndi daha çox Çin, Koreya dilinə üstünlük verirlər. Amma ingilis-dilini bilməklə bütün Avropanı gəzmək olar.
- Ümumiyyətlə, ingilis-dilini öyrənmək üçün ortalama nə qədər zaman lazımdır?
- Əgər müəllimin dediklərini vaxtında yerinə yetirsəniz, yeddi aya tam proqramı bitirmək olar.
- Xarakter olaraq necə birisiniz?
- Deyilənə görə, xaraktercə çətin adamam. Amma əslində elə deyil (gülür).
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Qeyri-pesakarlığa qəti surətdə "yox" deyirəm. Məsələn, baxırsan ki, məktəbi bitirib, özü yeni tələbə adını qazanmış biri artıq özü şagird hazırlaşdırmağa başlayır. Bunun əleyhinəyəm.
- Bəs razı olduğunuz məqam hansıdır?
- Çoxları narazı olsa da, mən indiki gənclərdən razıyam. Məncə, indiki gənclər əvvəlki illərə nisbətən daha dünyagörüşlüdürlər.
- Oxuculara nə məsləhət görürsünüz?
- Çox oxusunlar. Kitab oxuyanların sayı çox azalıb. Amma oxumaq hər zaman lazımdır və faydalıdır.
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, zaman gələcək və müləllimlərə belə bir münasibət olacaq və hətta mən özüm övladlarımı müəllim olmaqdan çəkindirəcəyəm.
Instagram: Englishwithsaida
Tik-tok: Englishwithsaida