Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
- Aynurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllim ailəsində anadan olduğum üçün bu sahəyə daha çox marağım olmuşdur.Daim ailəmizdə təhsillə bağlı yeniliklər diqqətimi cəlb etmisdir. Zaman keçdikcə gələcəkdə mən də ata və anam kimi müəllim olacağıma qərar verdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 21 ildir ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim vəzifəsində çalışıram.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İşlədiyim bu illərdə hər zaman təhsillə bağlı yeniliklərlə maraqlanır, öz fəaliyyətimdə bu öyrəndiklərimi tətbiq edirəm.
İxtisasım üzrə bir çox beynəlxalq səviyyəli layihələrdə iştirak edir və sertifikatlarla təltif olunuram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipim işlədiyim təhsil müəssəsində fənnimi tədris etmək,incəliklərini anlatmaqdır.
Bundan başqa ali məktəbə hazırlaşan abituriyentlərlə məşğul olmaq hobbimə çevrilib.
Yüksək nəticə göstərən ,ali məktəbə daxil olan abituriyentlər hazırladığım üçün,cəmiyyətə yararlı mütəxəssislər in yetişdirilməsində etdiyim xidmətə görə qürur hissi duyuram.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Şagirdlərimin təlim və təhsili ilə,əsasən,Azərbaycan dili və ədəbiyyat fənni üzrə hazırlıqlarla bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəzi valideynlərövladlarına qarşı aqressiv yanaşmasına, bəzilərinin isə təhsillə bağlı məsələlərə biganəliyinə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Məqsədli və inamla mübarizə aparan, əzmkar bir xanımam.
- Ailəlisinizmi?
- Bəli,ailəliyəm. Bir övladım var,tələbədir.
- Oxuculara nə məsləhət görürsünüz?
- Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə çalışın.Bir gün xəyal etdikləriniz reallığa çevriləcəkdir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,şagird və valideynlər tərəfindən bu dərəcədə sevilər və uğur əldə edə bilərəm.Azərbaycanımın və dünyanın bəzi ölkələrində istedadlı mütəxəssislərin yetişməsində rolum olacağını düşünməzdim.
Əlaqə nömrəsi: (50) 492 01 46