Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib
1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
- Yeganə xanım,necə oldu ki,bu sahəyə gəldiniz?
- İlk dəfə 16 yaşımda zehnimin gücünü hiss etməyə başladım. Araşdırmalarım o gündən etibarən başlamışdı.Təzahür etmənin gücünü özümdə kəşf etmişdim. O zamandan arayış içində idim. Düşüncənin gücü ilə həyatımı yönləndirməyə başlamışdım.İl 2017 -İqtisad Universitetini bitirdim.İki il fasilədən sonra iş həyatım başladı.Ofis meneceri olaraq işimi sevərək edirdim.Lakin digər yandan terapistlərdən seanslar almağa başlamışdım.İlk terapiyadan sonra bir anın içində (il 2019) pozitivdusunce21 səhifəmi yaratdım.Postlar yazmağa və təcrüblərimi bölüşməyə başladım.Artıq hobbimə çevirilmişdi.Sevərək yazıb paylaşırdım.Məqsədim İlk növbədə öz travmalarımı təmizləmək olmuşdu.Bunu edə-edə başqalarının da buna ehtiyacı oldugunu hiss edirdim.O zamandan ümidsiz və ruhən zəifləmiş insanlara mənəvi olaraq dəstək olurdum.Daxilimdəki güc buna imkan verirdi ki bunu bacarım.İntuisiyamı dinləyərək çıxdığım bu yolda daha professional şəkildə bunu etməyi qərarlaşdırdım. Təlimlər almağa başladım.Daim oxumaq yazmaq və öyrənmək kimi xüsusiyyətim fitrətimdə onsuz da var idi.Bu isə işimi daha məhsuldar şəkildə etməyimə gətirirdi.Çünki missiyam insanların ruhlarına toxunmaq və təsir etmək idi.Bunun üçün yarandığımı hiss edirdim.Yaşam koçu olma istəyim ehtiyaca çevrildi və real oldu.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Professional olaraq 2 ildir bu sahədə çalışıram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- İlk növbədə danışanların məqsədini müəyyən edərək, daxilindəki potensialı onlara göstərirəm.NLP və Karmik numerologiya əsasında özünün də fərqində olmadığı tərəflərini onlara deyirəm.Travmalar masaya düzüldükdən sonra dəyişimə ən effektiv metodlarla start veririk. Ən qısa yollarla hədəfə çatmaqda onlara dəstək oluram.Təsəvvüflə yaxından maraqlandığım üçün “Sufi nəfəsi” meditasiyaları təşkil edirəm. İnsanlarda meditasiya etmək vərdişinin formalaşmasına çalışıram.Sağlam həyat sağlam düşüncə ilə başlayır.Bunun üçün ilk addım olan doğru nəfəs almağı tətbiq edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox hədəfə çatmaqda, disiplinsizlik və şəxsi münasibətlərdə yaranan çətinliklər ilə bağlı olur.
- İş prinsipiniz nədən ibarətdir?
- Yaxşı dinləyici olaraq, empatiya qurmaq, fərqliliklərə sayqı duymaq və fərdin konfidensiallığının qorunmasını təmin etmək.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- İlk öncə xatırlatmaq istəyərdim ki,dəyişimə açıq olmaq çox önəmlidir. Dəyişim daxilə açılan yeganə qapıdır.Səbr və təmkinlə gediləcək yoldur.Bu yolda ilk edəcəyiniz düşüncələrinizi dəyişmək olsun.Bu isə şüuraltında sizə yüklənən, lakin sizə aid olmayan inancları dəyişdikcə mümkün olacaq.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına toxuna biləcəm.
Əlaqə nömrəsi: (50) 734 62 22