Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Gənc, yaradıcı ingilis dili müəllimi Səkinə Cəbrayılova: "Nə vaxtsa kitab müəllifi olacağım ağlıma gəlməzdi"

Tarix:1-09-2023, 10:38

Gənc, yaradıcı ingilis dili müəllimi Səkinə Cəbrayılova: "Nə vaxtsa kitab müəllifi olacağım ağlıma gəlməzdi"
- Səkinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Düzünü desəm, müəllim olmaq mənim uşaqlıq arzum olmayıb. İxtisas seçimimə uyğun olaraq belə alındı. Amma yaxşı yadımdadır, məktəb illərində sinif yoldaşlarıma iştirak etmədikləri dərslərdə keçilən mövzuları tənəffüs zamanı izah edirdim və “yaxşı başa salırsan” deyə məni həvəsləndirirdilər. Yalnız repetitor olduqdan sonra işimi sevməyə başladım.

- İşdən əlavə nə ilə məşğul olursunuz? Maraq dairəniz nələrdir?

- İdman və rəqslə məşğul oluram, kitab oxuyuram. Maraq dairələrimə kvantum fizikası, psixologiya, astrologiya daxildir.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

-  Yeddi ildir ki, bu sahədə fəaliyyət  göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Hal-hazırda tələbələrin öyrənməsini asanlaşdıracaq, əlavə vaxt itkisinin qarşısını alacaq, self - study olaraq hazırlaşanlar üçün IELTS writing kitabım üzərində çalışıram. Gələcəkdə də öz sahəm üzrə müxtəlif mövzularda kitablarım nəşr olunacaq. İnstagram səhifəmdə də müntəzəm olaraq dərslərə qoşula bilməyən tələbələr üçün aşağı büdcəli marafonlar təşkil edirəm.

- Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

- Ənənəvi metodlara, xüsusilə qrammatikanın əzbərlədilməsinə qarşıyam. Biz bunu xüsusilə bakalavr, magistr hazırlıqlarında müşahidə edirik. Universitətə hazırlaşan tələbələrə hazırlıq mərhələsində qrammatik qaydalar öyrədilərkən, sadəcə qaydaların xüsusi formulu öyrədilir və qalaq-qalaq test kitabçaları üzərində dəfələrlə işləmələri tapşırılır. Halbuki real həyatdan nümunələr gətirməklə, qrammatikanı danışığa tətbiq etməklə daha yaxşı öyrənməyə, vaxt itkisinin qarşısını almağa, danışığı daha çox inkişaf etdirməyə nail olmaq olar.

- Xarakter olaraq necə birisiniz?

- Tərs (gülür), yaradıcı, məsuliyyətli biriyəm.

- Ailəlisinizmi?

- Xeyr.

- Oxuculara nə məsləhət görürsüz?

- Dil öyrənmək istəyən oxuculara məsləhətim bu olardı ki, ilk növbədə “dil öyrənmək çətindir” fikrindən uzaqlaşsınlar, bu artıq şüuraltında öyrənməyə qarşı blokaj yaradacaq ilk səbəbdir. Dili öyrənmək üçün ilk növbədə dinləməyə üstünlük verin, nəyə marağınız varsa, həmin mövzuda videolar izləyin ( idmana marağınız varsa, idman oyunlarına ingilis dilində baxın, yemək reseptləri izləməyi sevirsizsə, ingilis dilində izləyin və s) Dili gündəlik həyatınıza tətbiq etməyə çalışın, gün ərzində minimum yarım saatınızı ayırın və ən əsası disiplinli olun. Hər gün yarım saatlıq edilən praktika həftədə 1-2 dəfə 3,4 saatlıq edilən praktikadan daha effektivdir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, …Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, metodikam bu qədər sevilər və nə vaxtsa kitab müəllifi ola bilərəm.

Əlaqə nömrəsi: (077) 477 21 13

Gənc, yaradıcı ingilis dili müəllimi Səkinə Cəbrayılova: "Nə vaxtsa kitab müəllifi olacağım ağlıma gəlməzdi"
Gənc, yaradıcı ingilis dili müəllimi Səkinə Cəbrayılova: "Nə vaxtsa kitab müəllifi olacağım ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...