Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"

Tarix:30-08-2023, 17:13

Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"
- Həmidə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən uşaqlıqdan insanları dinləməyi çox sevirdim. Hər zaman istəyirdim ki, hər kəsə kömək edim. Bunu da bacarırdım. Bunun üçün də insanın daxilində bir hiss olmaldır ki, qarşısındakı insana o enerjini öturə bilsin. Mən bu enerjini özümdə hiss edirdim. Bundan başqa, öz həyatımda da zaman-zaman çətinliklər olub. Bunları kiməsə danışmaq istəmişəm. Düşünürəm ki, bu da öz təsirini göstərdi. Ona görə də bu sahəyə gəldim. Yaxşı ki, bu işi seçdim. Bu peşəni çox sevirəm və qürur duyuram.

- Neçə ildir ki, bu  sahədəsiniz?

- Artıq doqquz ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən yaşam koçu, ailə danışmanı və cinsəl terapistəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Hal-hazırda bizim həm dövlət, həm də mənəvi baxımdan  sərbəstliyimiz var. Amma insanlarımız bəzən bu sərbəstliyi yalnış anlayırlar və bundan sui-istifadə edirlər. Sərbəstlik bizə ona görə verilməyib ki, biz həyat yoldaşımıza, dost-tanışımıza qarşı çıxaq, heç bir sərhəd tanımayaq. Ona görə də indiki yeniyetmə və cavanların əksəriyyəti oxumaq istəmirlər, tez təsirə düşürlər və s.
Nəticə etibarilə, cəmiyyətdə xoşagəlməz hadisələr baş verir.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan bəlkə də eqolu və əlçatmaz biri kimi görünürəm. Amma elə deyil. Çox səmimi, istiqanlı və mehriban bir insanam.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Gənclərimizin narkotikə qurşanmasına qəti surətdə "yox" deyirəm. Amma bəzən onlara kömək edə bilmədiyim üçün çox təəssüflənirəm. Elə şeylər var ki, bizim əlimizdə olmur.

- Oxuculara nə məsləhət görürsünüz?

- Kim oluruqsa olaq, amma insan olduğumuzu, hansısa bir valideynin övladı olduğumuzu unutmayaq. Özümüzün də gələcəkdə bir ana, bir ata olacağımızi düşünək. Kim özünə dəyər verirsə, ətrafdakı insanlar da ona dəyər verəcək və onda qarşılığını alacaq.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,..Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Çox təəssüf ki, mən indi gənclərimizdə ağlıma gəlməyən şeyləri görürəm. Bir daha deyirəm ki, qarşınıza məqsəd qoyun, nə isə dağıtmağa yox, nə isə qurub-yaratmağa meylli olun.

Əlaqə nömrəsi: (055) 592 40 92

Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"
Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"
Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"
Yaşam koçu, ailə danışmanı Həmidə Yelmar: "Mən öz peşəmlə qürur duyuram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...