Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Beynəlxalq dərəcəli Marketoloq Mehriban Qaraxanlı: "Bir çox xarici ölkələr üçün markalar yaratmışam"

Tarix:31-08-2023, 17:30

Beynəlxalq dərəcəli Marketoloq Mehriban Qaraxanlı: "Bir çox xarici ölkələr üçün markalar yaratmışam"
- Necə oldu ki, bu sahəyə gəldiniz?

- 2013- cü ildə marketinqlə bağlı bir 6 ay davam edəcək təcrübə proqramı vardı. Bura seçilmək çox çətin idi. Çünki 9000 nəfər müraciət etmişdi. 53 nəfər seçildi. 53 nəfərdən 2 nəfər 6 ay sonunda işlə təmin olundu. 2 nəfərdən bir nəfər isə icraçı direktor vəzifəsinə qədər yüksəldi, o bir nəfər mən idim. Eyni vaxtda 3 şirkətin idarəsi mənə verilmişdi. Elə o vaxtdan marketinq mənim ayrıla bilməyəcəyim sahəyə çevrildi. Bilmirəm Şerlok Holmsun filminə baxmısınız, ya yox. Məni tanıyanlar bilir, bir filmində Şerlok Holms cinayətlər olmadığı üçün dəli ola biləcəyini bildirirdi. Və dayana bilmirdi . Çünki , o insan cinayətlərin üstünü açmaq üçün yaranıb. Mən də marketinq layihələri və satış həlləri düşünmək üçün yaranmışam.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ildir ki, marketinq, brend menecer, reklam , PR sahəsində çalışıram.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Öz sahəm üzrə marketinq strategiyası yazmaq, strategiyaya uyğun mövqelənmə planı hazırlamaq, mövqelənməyə uyğun kommunikasiya planı , markalaşma, ad, slogan, marka strategiyasına uyğun qablaşdırma fikirləri , bazar və rəqib araşdırması, rəqəmsal marketinq, PR layihələr bir sözlə marketinq və brendin yaradılmasına aid A-dan Z-ə nə varsa, bu bir çoxlarına qəribə gələ bilər. Amma, təcrübədə belədi. Azərbaycan bazarı bunu tələb edir. Çalışdığım holdinqlərdə də belə olub. Marka müdiri bütün bunların  hər birini bilmədir.  Hətta doğru qərar verə bilmək üçün 1 c programını da , marketinq analizləri aparmaq üçün Exceli də , holdinq rəhbərini inandırıb büdcə ala bilmək üçün gözəl təqdimat etməyi də mükəmməl səviyyədə bilməlidir.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda mənə ad,  qablaşdırma fikri və strategiya ilə bağlı müraciətlər olub. Məsələn 10 oktyabr, Tbilisi prospektində "Kraton" klinikasının açılışı baş tutdu. Ad və loqo emblem mənə aiddir. Kraton bitkidir. Olduğu məkanda bütün mənfi enerjini yox edir. Müsbət enerji verir. Bu bizim strategiyamıza uyğun idi. Emblemdə isə 7 halqanın kəsişməsindən yaşam çiçəyi yaranıb. Bunun çox anlamı var. Göyün 7 qat olması, dərinin 7 qat olması, dünyanın 7 gün içində yaranması və.s

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq emosional, bir çoxlarına görə səbrsiz, bu xarakterimi "tezcanlı" olaraq da adlandırırlar. İşimlə bağlı isə yaradıcı insanam. Ölkəmizdə yaradıcı insanlar çoxdur. İşini bilənlər də , sadəcə bir çox şirkətlər marketinq işində , məhsul və marka yaratma məsələsində xaricə üz tutur. Halbuki, mən özüm bir çox xarici ölkələr üçün markalar yaratmışam. Çox yüksək satışlar da olub. Məsələn Hollandiya, Hollandiya distributerliyi ilə 10 Avropa ölkəsinə çıxış, Malaziya, Fələstin, İsrail, Ərəb əmirlikləri, İordaniya, Gürcüstan, Rusiya və s.

- Ailəlisinzimi?

- Ailəliyəm, bir övladım var,  doqquz aylıqdır. Və düşünürəm ki, dünyada 95% insandan daha xoşbəxtəm. Çünki, məni dəstəkləyən və anlayış göstərən həyat yoldaşım var. Məncə marketoloq qadınlar ailə qurarkən onları anlayan biri ilə ailə qurmalıdırlar. Çünki, bizim işdə səfərlər də olur, tanımadığın yüzlərlə nömrələrdən zənglər də, agentlik , şirkət əməkdaşları ilə saysız-hesabsız görüşlər də.

- Oxuculara nə məsləhət görürsünüz?

- Bir söz var. Marketinq hər şeydir, hər şey marketinqdir. Həqiqətən də bu belədi. Müəllimdən tutmuş həkiminə kimi, hansı işdə çalışmaqdan asılı olmayaraq, həmin sahədə marketinqə ehtiyac var. Bunun üçün bizim beynəlxalq dərəcəli Masterklass təlimlərimizə qatıla bilərlər. Məsələn, bir xanım var idi. Kontent menecer olaraq çalışırdı. Amma, jurnalistikanı bitirmişdi. O bu sahədə inkişaf etmək üçün, gələcəkdə marketinq meneceri, müdiri ola bilmək üçün və ya öz sahəsində profesional kimi tanınmaq üçün deyirdi ki, bəlkə Türkiyədə qiyabi marketinq təhsilini bitirim? Amma, buna ehtiyac yoxdu. Çünki, bizim təlimlərə qatılaraq Amerika, Avropa və Asiya ölkələrində tanınan diploma sahib ola bilərlər.

- Oxuculara nə məsləhət görürsünüz?

- Sonuncu suala cavab verə bilməyəcəm. Çünki nə başıma gəlibsə, hamsı ağlıma da gəlib. İstədiyim hər şeyə çalışaraq hədəf qoyaraq çatmışam. Ülkər şokolad fabrikinin CEO'su tərəfindən 17000 işçi arasında ilin işçisi seçilmişəm. Bu gün getdiyiniz süpermarketlerdə çəki şokolad, konfet bazarında 80% marka mənim fikirlərimlə yaranıb. Şəhəri gəzərkən belə özümdən izlərə rast gəlirəm. "Pharmastore" aptekləri, "Kraton" klinikası və adını qeyd edə bilmədiyim onlarla məkanlar mənə öz övladım imiş kimi gəlir. Çünki hər birində əziyyətim, düşüncəm var. Və bu məni həm duygulandırır, həm də qürurlandırır.

İnstagram: Biznes_doktoru

Beynəlxalq dərəcəli Marketoloq Mehriban Qaraxanlı: "Bir çox xarici ölkələr üçün markalar yaratmışam"
Beynəlxalq dərəcəli Marketoloq Mehriban Qaraxanlı: "Bir çox xarici ölkələr üçün markalar yaratmışam"
Beynəlxalq dərəcəli Marketoloq Mehriban Qaraxanlı: "Bir çox xarici ölkələr üçün markalar yaratmışam" скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...