Anons

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

3-05-2024, 11:51- "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

3-05-2024, 11:09- Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

3-05-2024, 10:29- Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...

3-05-2024, 09:38- Sapı özümüzdən olan baltalar və ya Azərbaycanda separatizmi körükləmək istəyən VƏTƏN XAİNLƏRİ

3-05-2024, 09:23- BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO

Haqqımızda Əlaqə

Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"

Tarix:27-08-2023, 11:18

Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
- Vəfa xanım, necə oldu ki, sahəyə gəldiniz?

-Müəllim ailəsində böyüdüyümdən uşaqlıqdan bu sahəyə marağım olub. Hələ uşaq  olanda ətrafımda yaşca məndən kiçik olan  uşaqlara şeirlər, müxtəlif  dialoqlar öyrədirdim. Universiteti bitirən zaman tərəddüd içində idim. Görəsən mənim üçün ən müqəddəs zirvə sayılan bu sahəyə yönəlib uğur əldə edə  bilərəmmi?!  İmtahanda maraq xatirinə iştirak edib Bərdə rayon Mirzalıbəyli kənd tam orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başladım. İlk dəfə sinfə müəllim kimi daxil olanda  anladım ki, mənim dünyadakı vəzifəm öyrətmək və şagirdlərə kəşf sevincini yaşatmaq ola bilər.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- 9 ildir pedaqoji fəaliyyətlə məşğul oluram. Bu illər ərzində 3 müxtəlif məktəbdə işləmişəm. 2018-ci ildə MİQ imtahanında yenidən  iştirak edərək, kimya fənni üzrə ən yüksək nəticə göstərənlərdən biri olmuşam.  İşlədiyim məktəblərdə pedaqoji ədəbiyyatlarda oxuduğum üsullarla yanaşı, öz yanaşmam ilə müasir  şagirdlərin marağını cəlb edən təlim üsullarını tətbiq etmişəm.  Hazırda Bakı şəhəri 215 nömrəli tam orta məktəbdə kimya və STEAM üzrə müəllim kimi fəaliyyət göstərirəm və Gənc Kimya müəllimləri Birliyinin sədriyəm.

- İş prinsipiniz nədən ibarətdir?

- “Şagirdlər dünyadır”. Onlar müəyyən istiqamətdə mütləq istedad sahibidir. Bunları bilərək işimizi düzgün təşkil edə bilərik.  Müəllim kimi fəaliyyətə başladıqdan sonra öz həmkarlarıma da dəstək olmağa başladım. Müxtəlif sosial şəbəkələr üzrə qruplar yaradaraq öyrəndiklərimi paylaşdım. Payalşdıqca təcrübələr genişləndi, müəllimlərin birliyinə çevrildi. Artıq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə yaradılmış Gənc Kimya Müəllimləri Birliyi fəaliyyəti ilə həmkarlarımızın qarşısına çıxan çətinlikləri aradan qaldırmaqda kömək edir.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?

-İstedadlı şagirdlərin aşkara çıxarılması üzrə müxtəlif işlər aparılır. Elmə marağı olan şagirdlərin düzgün istiqamətləndirilməsi də vacib məqamlardandır.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

-Hazırda  təlimçi kimi də  fəaliyyət göstərirəm. Abituriyentlər üçün dərs vəsaitinin müəllifiyəm. Bu istiqamətdə işləri davam etdirir, yeni nəşrlərin ərsəyə gəlməsi üçün çalışıram.  Eyni zamanda Gənc Kimya müəllimləri Birliyinin sədri kimi yeni işə qəbul olan gənc kimya müəllimlərinin şəbəkələşməsində təşəbbüs göstərirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Ümumtəhsil məktəblərində fəaliyyətə başlayan gənc kimya müəllimlərinin praktik təcrübələri az olduğundan dərs prosesinin təşkili , gündəlik və illik planın yazılması , motivasiyanın qurulması, qiymətləndirmə və məktəbdaxili sənədləşmə ilə  bağlı müraciətlər olur. Bununla bağlı müxtəlif ödənişsiz təlimlər təşkil edərək müəllimləri maarifləndiririk.

- Bir mütəxəssis  olaraq nəyə "yox", deyirsiniz?

- Dünya sürətlə inkişaf edir, fənlərin inteqrasiyası , yeni elm sahələrinin təlim prosesinə daxil olması müxtəlif fənlərin tədrisinə təsir edir. Xüsusilə kimya fənninin  qəbul imtahanlarına hazırlaşan şagirdlərə  seçim kimi təklif olunması fənnə olan marağı nəzərə çarpacaq dərəcədə azaldır. Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir.

- Xarakter olaraq necə birisiniz?

- Müxtəlif situasiyalarda səbrli  olmağı və insanlarla asan ünsiyyət qurmağı bacarıram. Yenilikləri paylaşmağı sevirəm. Həyatda hər cəhdimiz uğurlu olmaya bilər. Bəzən çətinliklər qarşımda maneə kimi görünsə də, bir müddət sonra stimul olaraq hərəkətverici qüvvəyə çevrilir.

- Ailəlisinizmi?

- Xeyr, ailə qurmamışam

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, yüzlərlə insanı ətrafımda cəmləşdirə bilərəm.   İnsanlara faydalı olmaq qayəsini reallaşdıra bilərəm.

Əlaqə nömrəsi: (055) 861 60 88

Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"
Kimya müəllimi, təlimçi Vəfa Kərimli: "Texnoloji inqilabda kimya fənni ikinci dərəcəli fənnə çevrilməməlidir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...