Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Psixoloq Humay Məmmədova: "İnsanlara düzgün xidmət etmək əsas iş prinsipimdir"

Tarix:14-08-2023, 17:54

Psixoloq Humay Məmmədova: "İnsanlara düzgün xidmət etmək əsas iş prinsipimdir"
- Humay xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

-  Mən hal-hazırda Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunda fəaliyyət göstərirəm. Lakin psixologiya elmi hər zaman mənim maraq dairəmin öncəliyi olmaqla, peşəkar üslubda yiyələndiyim və peşəkar olaraq məşğul olduğum ikinci peşədir.

- Neçə ildir ki, bu sahədəsiniz?

-  Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Daha çox ailə münasibətləri, sevgi münasibətləri, usaqlıq travmaları və s. məsələlərlə bağlı müraciətlər olur.

- İş prinsipiniz nədən ibarətdir?

- İşimi və peşəmi çox sevirəm. Buna görə də, insanlara doğru-düzgün xidmət etmək əsas iş prinsipimdir.

- Bir psixoloq olaraq sizi narahat edən nədir?

- Valideyn övlad münasibətləri. Əgər valideyn öz uşağına azadlıq vermir, zaman ayırmırsa, bu həmin uşağın ailədən tədricən uzaqlaşmasına gətirib çıxarır. Bu xüsusilə yetkinlik dövründə müşahidə edilən situasiyadır. Belə deyim, valideyn övlad münasibətinin yanlış davamiyyətində uşaq özünə başqa bir sığınacaq, başqa bir həmsöhbət və ya onu anlayacaq başqa bir dost axtarmağa başlayır. Məxsusi olaraq elə valideynlər müşahidə edilir ki, cəmiyyətdə övladlarının geyim seçimlərində belə, yeniyetmenin seçim hüququnu əlindən alırlar.  “Bunu mən edəcəm, sən heç nə bacarmırsan, sənin seçim zövqün yoxdur, sənin geyimdən anlayışın yoxdur və s." bu kimi ifadələrlə yeniyetmələrin özlərinə qarşı olan inamlarını qırmaq bir tərəfə bunu tam olaraq demək olar ki, məhv edirlər. Bu təsir, təcrid və kənarlaşdırma mexanizmi altında böyüyən uşaqlar, təbii ki, gələcəkdə də daima valideynlərinə qarşı rəqib münasibətində olmaqları qaçınılmazdır. Əlbəttə ki, bunu valideyn - övlad arasında gələcəkdə gərginlik, aqresiyya, kin, o cümlədən, xofun yaranması nəticələri ilə müşahidə etmək qaçınılmazdır. Övladı tərbiyə işində əsas məsuliyyət, ağırlıq məhz ailənin struktur təməlinin sağlam qurulmasında bilavasitə valideynin üzərinə düşür. Müasir gənclərimizi və gəncliyi şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalı o cümlədən geniş çərçivədə bu barədə maarifləndirilməliyik cəmiyyəti.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- İnsan ünsürü təəssüf ki, öz üzərində işləmir. İnsanın öz üzərində təkmilləşmə proseduru ilk növbədə, məqsədyönlülükdür. Belə ki, fəaliyyətini bəlli bir istiqamətə yönəltməli, məqsədyönlü şəkildə öz üzərində çalışmalı, öz hüquq və haqqı barədə özünü maarifləndirməlidir. Sadalananlar icra olunduğu təqdirdə, şəxs hədəflərinə hər kəsdən daha tez və çox çatar. Çox istərdim ki, insanlıq bunu bacarsın, özgüvən prinsiplərini daxili batinində tərbiyyələndirməklə yanaşı bunu ailə fərdləri o cümlədən övladlarına da yansıtsınlar.

- Xarakter olaraq necə birisiniz?

- Mən prinsipial insanam.  Öz məqsədlərimə çatmaq üçün əlimdən gələni edirəm və heç kim məni öz yolumdan döndərə bilməz. Bir də ki, mükəmməlliyyətçi biriyəm.

- Ailəsinizmi?

- Bəli, ailəliyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Unutmayın, sizin hər şeydən öncə ruh sağlığınızdır. Onun qeydinə qalmadan həyatdan zövq ala bilməzsiniz!

Əlaqə nömrəsi: (055) 867 67 56

Instagram:Psixoloq.Humay.Mammadova

Psixoloq Humay Məmmədova: "İnsanlara düzgün xidmət etmək əsas iş prinsipimdir"
Psixoloq Humay Məmmədova: "İnsanlara düzgün xidmət etmək əsas iş prinsipimdir"
Psixoloq Humay Məmmədova: "İnsanlara düzgün xidmət etmək əsas iş prinsipimdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...