Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
- Sevda xanım, necə oldu ki, bu sahəyə geldiniz?
- Mənim əslində bu sahəyə gəlməyimə öz xarakteristikam səbəb olmuşdur, bir şeyi qeyd edim ki, hər bir insanın müxtəlif ruhları var və onlar fərqli situasiyalarda fərqli ruhlara sahib ola bilirlər. Hələ tələbəlik vaxtlarımdan həmişə insanları dinləməyə, onların problemlərini həll etməyə çalışmışam.
- Artıq neçə ildir ki bu sahədəsiniz?
- Uzun müddətdir ki, bu sahədə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş prinsiplərim arasında ilk olaraq “pasiyentlərə balıq tutmağı öyrətmək” gəlir. Yəni onlara çətin vəziyyətlərdən mən olmadıqda belə, necə çıxa biləcəklərini öyrətməyə və özgüvənlərini artırmağa çalışıram.
- İnsanlar ən çox nə ilə bağlı müraciət edərlər?
- Ən çox panik atak, depresiya halları və həyəcan-təşviş pozuntusu ilə bağlı müraciətlər olur. Ümumiyyətlə, psixoloji-nevrotik pozuntularla bağlı xeyli sayda müraciətlər daxil olur. Həmçinin,
obsessiv-kompulsiv pozuntular, asılılıq, özgüvən problemləri, yeniyetmələrdə isə yeniyetməlik dövrü problemləri, konfliktləri ilə əlaqədar müraciətləri qeyd edə bilərəm.
- Xarakter olaraq necə birisiniz?
- İlk olaraq deyə bilərəm ki, güclü insanam. Məğlub olmağı sevmirəm və yeniliklərə hər zaman açığam, mütəmadi olaraq öz sahəm üzrə araşdırmalar aparıram. Hər bir situasiyada dürüst və ədalətli biri olmağa çalışıram.
- Ailəlisiniz?
- Ailəliyəm, iki övladım var.
- Nəyə "yox" deyərsiniz?
- Psixoloqa müraciət edən şəxslərin manipulyasiya edilməsinə qarşıyam. Adətən psixoloqa müraciət edən insanların bir qisminin problemləri ətrafındakı insanlardan, mühitdən qaynaqlanır. Hətta bəzən olur ki, seansa gələn insanlara tanışları və ya digər insanlar sanki ”qüsurlu” bir insan kimi davranır, halbuki seanslar olandan sonra həmin insanların düşüncələri müsbət istiqamətə doğru dəyişir. Psixoloqlara və müraciət edən pasiyentlərə münasibətdə cəmiyyətdə olan bu tipli yanaşmaya "yox" deyirəm.
- Oxuculara nə məsləhət görərsiniz?
- Belə bir deyim var, sağlam bədəndə sağlam ruh olar. Amma mən isə deyərdim ki, sağlam bədən sağlam ruhun nəticəsidir. Buna görə də hər bir insan daima öz üzərində çalışmalı, öz ruhunu qorumalı və təkamülə çatdırmalıdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, ölkəmizdə psixologiya sahəsi bu qədər surətlə inkişaf edəcək. Hal-hazırda olduqca savadlı, öz sahəsini peşəkarcasına bilən mütəxəssislərimiz yetişir. Bununla yanaşı, inkişafın dayanıqlı olması üçün elmi-praktiki işlərin artırılmasına, bu sahədə davamlı təlimlərin keçirilməsinə ehtiyac vardır.
Əlaqə nömrəsi: (055) 850 60 80
Instagram: psixopedaqoq_sevda