Anons

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Haqqımızda Əlaqə

Psixoloq, Art terapevt Zeynəb Abdurahmanova: "İnsanlara gözəl xidmət etmək ən əsas iş prinsipimdir"

Tarix:11-08-2023, 10:53

Psixoloq, Art terapevt Zeynəb Abdurahmanova: "İnsanlara gözəl xidmət etmək ən əsas iş prinsipimdir"
- Zeynəb xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim uşaqlıqdan bu sahəyə marağım vardı. Psixologiya üzrə müxtəlif kitablar oxuyurdum, araşdırmalar aparırdım. Sonra gördüm ki artıq bu sahə üzrə irəli getmək istəyirəm. Psixologiya sahəsini dərindən öyrənmək istəyirəm.  Gəncə Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil oldum. Hal-hazırda da "Merger Group" şirkətinin psixoloquyam. Eyni zamanda da fərdi seanslar da keçirəm. Seminarlar təşkil edirəm, art terapiya təlimi tədris edirəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq üç ildir ki, bu sahədə çalışıram.

- İş prinsipiniz nədən ibarətdir?

- İşimi və peşəmi çox sevirəm. İnsanlara əlimdən gəldiyi qədər köməklik göstərirəm. İnsanlara  gözəl xidmət etmək ən əsas iş prinsipimdir.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqam hansıdır?

- Bu sahədə daha çox insanın mükəmməlləşməsini istəyirəm, insanların daha çox biliklərə yiyələnməsini istəyirəm. İnsanlar rahatlıqla psixoloqa mürəciət etməlidirlər. Lakin bir çoxları psixologiya elimini dəstəkləmir, psixoloqa müraciət etməkdən çəkinir.

- Psixologiya sahəsində hansı boşluqları müşahidə edirsiniz?
 
- Psixologiya elmi nə qədər qədim olsa da, günümüzdə yeni yeni inkişaf etməyə başlayır. İnsanlar sosial şəbəkələrdə neçə neçə psixoloqlar görürlər, maraqlanırlar, lakin müraciət etməkdən çəkinirlər. Bu da günümüzdəki insanların psixoloqlara yaxşı baxmadıqlarından və insanlara yalan yalnış məlumat vermələrindən irəli gəlir.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən öz sahəm üzrə bir çox işlər görürəm. Seminarlar təşkil edirəm, hal hazırda bir kitab üzərində çalışıram, insanların yararlana biləcəyi təlimlər təşkil edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Müxtəlif problemlərlə bağlı müraciətlər olur. Daha çox uşaqlarda, autizm, daun sindromları ilə bağlı, yeniyetməlik dövründəki problemlər, ailədaxili məsələlər və s. problemlərlə bağlı müraciətlər daha çox üstünlük təşkil edir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Mən tək psixoloq olaraq yox, həm bir insan, həm də qadın olaraq yaşından və cinsindən asılı olmayaraq bütün canlılara istər psixoloji, istərsə də fiziki zorakılığa və şiddətə qəti sürətdə "yox" deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Mən prinsipial insanam. Öz məqsədlərimə çatmaq üçün əlimdən gələni edirəm. Çox çalışıram və məqsədlərimə çatıram. Davamlı olaraq hələ qabaqda çox planlarım var.

- Ailəlisinzimi?

- Bəli, ailəliyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, çox oxusunlar, çox çalışsınlar  düzgün təhlil etməyi bacarsınlar. Araşdırmalar aparsınlar. Təlimlərə, seminarlara qatılsınlar. Bu hansı sahə üzrə olur olsun, öz sahələri, peşələri üzrə mükəmməl olsunlar.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bir gün kitab yazam. Lakin insan qarşısına məqsəd qoyursa, edə bilməyəcəyi heç bir şey yoxdur. Yetər ki , məqsədiniz olsun.

Əlaqə nömrəsi: (055) 796 13 08

Instagram: psixoloq_abdurahmanova

Psixoloq, Art terapevt Zeynəb Abdurahmanova: "İnsanlara gözəl xidmət etmək ən əsas iş prinsipimdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...