Anons

Dünən, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünən, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Dünən, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Dünən, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

Dünən, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Dünən, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Dünən, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Dünən, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Dünən, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Dünən, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Dünən, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Dünən, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Dünən, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Dünən, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Dünən, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Dünən, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Dünən, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

7-05-2024, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

7-05-2024, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

7-05-2024, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Vəkil Aysel Süleymanova: "Vəkilin ən birinci vəzifəsi dinləməkdir"

Tarix:6-08-2023, 10:31

Vəkil Aysel Süleymanova: "Vəkilin ən birinci vəzifəsi dinləməkdir"
- Aysel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Təxminən 6-7-ci sinifdən artıq bilirdim ki, hüquqşünas olacağam. Bu peşənin əzəməti, ciddiliyi və geyim forması məni cəlb etmişdi. Daha çox kişilərin yönəldiyi peşə olsa da, içimdən hər zaman sevmişəm bu peşəni. Sonradan bu sahəni sevməyimin səbəbi dəyişdi, tələbə yaşlarımda artıq bu sahəni daha çox insanlara kömək etmək üçün sevdiyimi başa düşdüm. Səbəb dəyişdi, amma məqsəd əsla. Həmişə düşünürdüm ki, orqan işçisi olacağam. Hətta formanı mümkün qədər tez geyinmək üçün 3-cü kursda yaşadığım şəhərdə ərazi polis şöbəsinə getdim, amma taleh elə gətirdi ki, orada işləməyim alınmadı.
Vəkilliyə gəlməyim biraz gözlənilməz oldu. Əslində mən institutu bitirdikdən sonra iş təcrübəsi yığmaq üçün bu sahəyə gəldim. Amma işlədikcə başa düşdüm ki, insanlara olduğu kimi peşəyə də aşiq olmaq ilk baxışdan doğru deyil, peşəni tanıdıqca sevmək daha gözəldir.

- Neçə ildir ki, bu sahədəsiniz?

- 2007-ci ildən hüquqşünas kimi çalışıram. Bu dövr ərzində müxtəlif özəl firmalarda, Daşınmaz əmlakın dövlət reyestri xidmətində, ASAN xidmət mərkəzlərində və s. işləmişəm. Praktiki fəaliyyətimi dayandırmamışam bu dövr ərzində. 2019-cu ildən isə Vəkillər Kollegiyasının üzvüyəm. Hazırda vəkillik fəaliyyəti ilə yanaşı eyni zamanda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsində hüquqşünas vəzifəsində çalışıram.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Daha çox mülki sahədə çalışıram. Vərəsəlik, ailə, miqrasiya hüququ, daşınmaz əmlakın dövlət qeydiyyatı və s. mülki işlərlə bağlı vətəndaşların hüquqlarını müdafiə edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda gördüyüm işlər daha çox daşınmaz əmlakın qeydiyyatı və ailə mübahisələri ilə bağlı olur. Lakin onu qeyd etməliyəm ki, ailə mübahisələrində əvvəlki illərə nisbətən mülki işlərdə tərəflərin daha sivil, daha mədəni şəkildə işin həllinə çalışmalarının şahidi oluram.

- Bir vəkil olaraq nəyə "yox" deyirsiniz?

- Bizim sahənin müsbət tərəflərindən biri odur ki, fəaliyyətimiz, bizimlə hüquqi yardım üçün müraciət edən arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Yəni müvəkillə konsultasiya keçirdikdən sonra mən, həmin şəxsin hüquqlarını müdafiə etməkdən imtina edə bilərəm. Əlbəttə ki, dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil deyiləmsə. Bununla bağlı hər kəsin öz prinsipləri, öz “olar-olmaz”ları var. Mən də istisna deyiləm. Ailəsinə, həyat yoldaşına qarşı şiddət göstərən, bununla bağlı mənim köməyimdən, məsləhətimdən yararlanıb “əlini gücləndirmək” niyyətində olan şəxsə hüquqi yardım göstərməkdən imtina edirəm.

- Bir vəkilin ən birinci vəzifəsi nədir?

- Məncə, vəkilin ən birinci vəzifəsi dinləməkdir, qəribə səslənsə də, bir növ psixoloq olmaqdır.

- Xarakter olaraq necə birisiniz?

- Səbrli, anlayışlı biriyəm.

- Ailəlisinzmi?

- Bəli, ailəliyəm, 2 övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhətim – hansısa addım atmadan hüquqşünas məsləhəti alın. Praktika onu göstərir ki, addımı atıb onun fəsadlarını aradan qaldırmaq, ilkin hüquqi yardıma görə ödəyəcəyiniz məbləğdən qat-qat baha başa gəlir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gələn heç bir şeyi yaşamamışam. Ən bacarmadığım şey yəqin ki elə planla yaşamaqdır. Tək mənim yox, ümumiyyətlə bir çox insanların yaşadıqları elə onların ağıllarına gəlməyən şeylərdir, məncə.

Əlaqə nömrəsi: (055) 600 03 47скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...