Anons

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Haqqımızda Əlaqə

Mediator-hüquqşünas Ramin Əliyev: "Mediasiya tərəflər arasında daha müsbət münasibət saxlayır"

Tarix:5-08-2023, 16:19

Mediator-hüquqşünas Ramin Əliyev: "Mediasiya tərəflər arasında daha müsbət münasibət saxlayır"
- Ramin müəllim, necə oldu ki, mediator oldunuz ?

- Ümumiyyətlə, insanlarla ünsiyyət qurmaq onları dinləmək, bacardıqca onlara yardım göstərməyə çalışan insanam. Bəlkə də məhz bu göstəricinin mediasiyaya gəlməyimdə mühüm rolu vardır.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız ?

- Artıq iki ildir ki, mediasiya sahəsində aktiv mediator  fəaliyyəti göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim ilkin olaraq tərəflərlə tanışlıq, məlumatların toplanması, tərəflərin maraq və ehtiyaclarının müzakirəsi, həll yollarının axtarışı və yekun olaraq barışıq sazişinin uğurlu yekun olaraq bağlanmasına nail olmaqdır. Çünki məhz mediasiya tərəfləri güc və zorla deyil, tərəflərin öz maraqları və ehtiyacları əsasında ümumi həll yollarını tapmağa təşviq edən bir prosesdir.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Mediasiya yeni sahə olduğundan cəmiyyətdə hələ də mediasiyanın üstünlükləri barədə məlumatsızlıq  mövcuddur. Bunun üçün Mediasiya Şurasının sədri hörmətli Nadir Adilov başda olmaqla biz mediatorlar da mümkün qədər həm medianın, həm də sosial şəbəkələrin üstünlüklərindən istifadə etməklə məlumatlandırma ilə bağlı öz töhfəmizi verməyə çalışırıq.

- Son zamanlar sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Təəssüflə qeyd etmək istəyirəm ki, ailə, kommersiya, əmək və mülki mübahisələr arasında daha çox boşanma, yəni nikahın pozulması və buna bağlı müraciətlər üstünlük təşkil edir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz ?

- Tərəflərin işin nəticəsini görmədən tələsik qərarlar verməyinə həmişə  "yox" demişəm. Düşünürəm ki, mübahisə varsa, həmişə həll yolu vardır. Yetər ki, tərəflər istəkli və müəyyən güzəştlərə getməyi bacarsınlar.

- Xarakter olaraq necə birisiniz ?

- Tale yüklü məsələlərdə çox həssasam. Aktiv dinləyiciyəm. Məhz elə buda işin ən vacib məqamlarından biridir. Mediator aktiv dinləmə, empatiya, təhlil və münaqişələrin idarə edilməsi bacarıqlarına malik olmalıdır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara mediasiyanın üstünlüklərindən yararlanmalarını məsləhət görərdim. Çünki məhz mediasiyada əldə olunan barışıq sazişində uduzan tərəf olmur, məhkəmə çəkişmələrinə daha sürətli, daha ucuz və adətən daha çox əməkdaşlıq alternatividir. Mediasiya həm də tərəflər arasında daha müsbət münasibət saxlayır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki, neçə-neçə ailələrin barışmasına, işlərində problem yaşayan işçi ilə işə götürən arsında problemin həll olmasına yardımcı ola bilərəm. İşlədikcə, mediasiyanın necə gözəl işlərə vəsilə olduğunu gördükcə, işimin dəyərli olduğuna bir daha əmin oluram.

Əlaqə nömrəsi:
(055) 229 29 26
İnstagram: (mediator_ramin_aliyev)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...