Anons

Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Haqqımızda Əlaqə

Peşakar hüquqşünas, mediator Aqil Əsgərov: "Vətəndaşların ortaq məxrəcə gəlməsi üçün əlimizdən gələni edirik"

Tarix:5-08-2023, 10:14

Peşakar hüquqşünas, mediator Aqil Əsgərov: "Vətəndaşların ortaq məxrəcə gəlməsi üçün əlimizdən gələni edirik"
-  Aqil müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən Xətai icra şöbəsində   işləmişəm. Dostlarım və iş yoldaşlarım mənə deyirdi ki, mediasiya adında bir insitut yaranır, bəlkə özünü sınayasan? Mən onsuz da icra şöbəsində həmişə barışığa üstünlük verirdim. Ona görə də Ədliyyə Nazirliyinin Akademiyasına mediator olmağımla bağlı müraciət etdim. Hal-hazırda səkkiz saylı mediasiya təşkilatında mediatoram. Həm də şurada daxili auditit komitəsinin üzvüyəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Mediator olaraq Fevral ayından fəaliyyət göstərirəm. Qeyd edim ki, səkkiz saylı mediasiya təskilatı Azərbaycanda barışıq üzrə birinci yerə çıxıb. Daha çox barışıq sazişi təskilatımızın rəhbəri Mail Əhməddə olur. Onu da bildirim ki, Mail müəllim mediasiada  bizə ilkin baza dərslərini keçib. Müəllimimdi. Ondan da öyrəndiklərimi mən həyata keçirirəm. Ona görə də təşkilatda ikinci barışıq sazişi məndə cox olur. 

- Sizin işdə fərqliliyiniz nədədir?

- Mən icrada və hüquq mühafizə orqanlarında işləyəndə insanlarla çox ünsiyyətdə olurdum. Ona görə də, insanların psixologiyasını yaxşı bilirəm. Bizə müraciət edən vətəndaşlar problemli vətəndaşlardır. Biz də onların ortaq məxrəcə gəlməsi üçün əlimizdən gələni edirik.

- İşinizin nəticəsini neçə müddətdən sonra əldə edirsiniz?

- Vətəndaşlara düzgün istiqamət verdikdə neticəni bir 1 saata da əldə edə bilirik.

- Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?

- Son zamanlarda vətəndaşlarımız daha çox bank problemlərindən əziyyət çəkirlər. İstəyərdik ki, bu işi rəsmi qurumlar bizlərə həvalə etsinlər. Onda problemlin həlli daha surətlə həl ola bilər. Bundan başqa, nikahın pozulması ilə bağlı işlərdə məhkəmələrdə də uzunmalar olur. O işi də bizə həvalə etsələr, yaxşı olar. Bu barədə artıq işlər gedir. Bizi mediasiya şurasının rəhbəri Nadir Adilovun təşəbbüsü böyükdür və bu iş üzərində ciddi səylə çalışır.  Ümumiyyətlə, bu gün  mediasiyanın tanınmasında  və inkişafında Nadir müəllimin və mediatlarımızın rolu danılmazdır. Biz də əlimizdən  gələn dəstəyi göstəririk. 

- Xarakter olaraq necə birisiniz?

- Sakit, pozitiv və ailəcanlı bir insanam. 

- Oxuculara nə məsləhət görürsünüz?

- Elə bir zamanda yaşayırıq ki, insanlarda aqressiya çoxdur. Normal məntiqlə yanaşsaq və səbr etsək, o aqressiya da aradan gedər. Hər kəs qarşısındakı insana hörmətlə yanaşar.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən bu işi bu qədər bacararam. Amma şükürlər olsun  Allaha ki, bacardım və istədiyim nəticələri əldə edirəm. 

Əlaqə nömrəsi: (055) 211 01 43скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...