Anons

Bu gün, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Bu gün, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Dünən, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Dünən, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Dünən, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Dünən, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Dünən, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Dünən, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Dünən, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Dünən, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Dünən, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Dünən, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Peşəkar Yaşam Kouçu, NLP Master Fidan Əsədova: “Arzular reallaşmaq üçün ağlımıza gəlir”.

Tarix:4-08-2023, 16:19

Peşəkar Yaşam Kouçu, NLP Master Fidan Əsədova: “Arzular reallaşmaq üçün ağlımıza gəlir”.
- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Yəqin ki, qiymətli daşın hekayəsini bilirsiz. Qiymətli daş bazarda bir qiymətə, qızıl dükanında başqa qiymətə layiq görülür, usta zərgər əlində isə qiymətsiz olaraq dəyərləndirilir. Məsələ qiymətli olmaqda deyil, çınqıl daşı olaraq qiymətli qalmaqdır. Bir zamanlar özümü qiymətli daş kimi görürdüm, amma bazarda. İndi isə çınqılam zərgər əlində. Bu yolu keçənə qədər, 2 dekadalıq fəaliyyətimi unutdum. Yaşam Kouçu bir insanla işləyirsə, onun həyatının bütün sahələrini analiz edib, keyfiyyətini yüksəltmək şansına malikdir. Bir insanla işləyərkən onunla hərtərəfli maarifləndirmə işi aparılır. Bu isə mənim uşaqlıq arzum idi. Maarifçi olmaq. Məktəbdə Daniel Didro və Jan Jak Russonun ensiklopediya tərtib edərək maarfiçi olmağı məndə də bu arzunu oyatmışdı. Eyni zamanda yazıçı olmaq arzum da var idi. Lakin, 18 illik tərcüməçilik dövründə hərdən bir arzularım yadıma düşər, köks ötürər və özümə qəzəblənərdim. Lakin, indi artıq 10-dan artıq hekayə müəllifiyəm. Kouçluğun mövzularını hekayələrlə izah etməyə çalışıram.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- İxtisasca ingilis dili müəllimiyəm. 5 ilə yaxın pedaqoji, 18 illik tərcüməçilik və 2 illik Kouçluq təcrübəm var.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Hal-hazırda fəaliyyətim çoxşaxəlidir:

- İndividual olaraq Kouçluq dərsləri veririəm. Mən bunu Transformasiya proqramı adlandırıram, belə ki, bu proqramı alan şəxslərin həyatı öz xeyirlərinə 180 dərəcə dəyişir.

- Müəllimlər və psixoloqlar üçün xüsusi hazırladığım Kouçluq proqramının tədrisi ilə məşğulam.

- Xarici dil öyrənənlər üçün xüsusi Yaddaş proqramını tədris edirəm. Dil öyrənmədə ən çətin məsələlərdən biri də yeni söz bazası qurmaqdır. Hər kəs düşünür ki, bu çətindir, lakin yaddaş çalışmaları ilə 1 saat dilimində qalıcı olaraq 20-dən yuxarı yeni söz öyrənmək mümkündür.

- Situativ psixoloji çətin vəziyyətdə olan şəxslərə NLP (Zehin dil proqramlaması) texnikalarından istifadə etməklə, eləcə də, Ümumdünya Səhiyyə Təşkilatının da təsdiq etdiyi enerji çalışmaları ilə insanlara faydalı olmağa çalışıram.

- Müəllif texnikam da var ki, onu xüsusi hallarda istifadə edirəm. Mən onu “İskəndər effekti” adlandırıram.

- İş prinsipiniz nədən ibarətdir?

- İlkin konsulyasiya aparılır, ehtiyaclar müəyyən edilir və onlar üzərində işə başlanılır. Burada gözləntilərlə reallıq üst-üstə düşməyə bilər. Məsələn, Kouçluq proqramına yazılmış şəxsə ehtiyac varsa, terapiya seansları da keçirilir. Çünki Kouçluq sıfırdan başlayır. Mənfi duyğularda olan şəxslərə Kouçluq etmək olmaz.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

“İmposter sindromu”, situativ depresiyalar, “sözümü deyə bilmirəm”, “özümə qayıtmaq istəyirəm, mən belə deyildim”, “elə bilə həyat mənim deyil, kontrolu itirmişəm”, “yaddaşım, huşum gedib, özümdə deyiləm”, “həyatımı dəyişmək istəyirəm, amma bilmirəm hardan başlayım”. Bu tip şikayətlərdə insanlar altda yatan səbəbləri sonradan öyrənir. Sürprizlər burda başlayır.

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- Özünü ikinci plana atmağa “yox” deyirəm. Psixoloji problemlərin demək olar ki, çoxu elə bununla əlaqəlidir.

- Xarakter olaraq necə birisiniz?

- Deyirlər ki, indi daha sakit və həliməm. Humanist, qərəzsiz, qınaqsız yanaşma mənə çətin gəlmir, buna çox sevinirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm, bir övladım.

- Oxuculara nə məsləhət görürsünüz?

- Özünüzü inkişafdan qalmayın. Dahi Nizamidən sitat: “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz.” Qeyd: Mərifət sufizmdə ən yüksək mərtəbədir. Çünki sizin beyniniz çox mürəkkəb və ağıllı cihazdır. Yaradan sizi insan olaraq yaradıbsa, deməli, bu dəyəri sizə o biçib, heç kim onu azalda bilməz. Əlinizdə olanların qədrini bilin, onlar üçün minnətdar olun. “Nə edə bilərəm?” sualına köklənməklə, kontrolunuzda olanlara və əlinizdə olanlara yönəlsəniz 80% pozitiv qalacaqsınız. Əksi, çıxışı olmayan burulğandır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, hər şey mümkündür. Əfsanələrdə və dastanlarda deyilənlərdə həqiqət payı var. İndi desələr ki, Fərhad Şirin üçün dağları yarmışdı, inanaram. Çünki insan potensialı hüdudsuzdur. Bir insan istədiyi işləri edə bilər. Edə bilmirsə, arzu gücünü yoxlasın. Necə deyərlər: “İstəyən yolunu tapar, istəməyən bəhanə”.

İnstgram: lifecoach_fidanasadova
Whatsapp: (+994) 70 976 59 76

Peşəkar Yaşam Kouçu, NLP Master Fidan Əsədova: “Arzular reallaşmaq üçün ağlımıza gəlir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...