Anons

Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Haqqımızda Əlaqə

Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"

Tarix:3-08-2023, 10:55

Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"
- Məhəmməd bəy, necə oldu ki, bu sahəyə gəldiniz?

- Hər zaman həyatı anlamağı, hər şeyin təməlini öyrənməyi arzu etmişəm. Maddi olanlara elədə önəm verməmiş və yaradılış gəldiyi mənbəni öyrənməyə can atmışam. Bu səbəbdəndir ki, uşaqlığımdan etibarən kitablara maraq bəsləmişəm. Kitab oxumaq hobbim halına gəlmişdir. Oxuduqca bilgim artmış və nəticədə öz nəzəriyyəmi hazır etmişəm. Xüsusilə bioenerji sahəsinə maraq göstərmişəm. Yazdığım məqalələr ilə öz şəxsi elmi bilgilərimi dünyaya elan etmək niyyətindəyəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Uşaqlığımdan etibarən kitabları araşdırmağıma baxmayaraq, şəxsi düşüncələrə, məqalələr hazırlamağa 4 ildir ki davam edirəm. Fəaliyyətim, yazdığım məqalələr mənə zövq verməkdədir. İnsanın əsil uğuru zövq aldığı yöndən gəlməkdədir. Hər bir kəs zövq alacağı iş ilə məşğul olmalıdır.

- Öz sahəni üzrə hansı işləri icra edirsiniz?

- Hazırda astrofizika sahəsinə izahlar bəxş edəcək və bioenerji sahəsinə də toxunacaq nəzəriyyəyə sahibəm. Nəzəriyyənin müəllif hüququna da sahibəm. Və niyyətim nəzəriyyəni qısa məqalələr halında yayımlamaq yönündədir.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı mürəciət olunur?

- Mənə şəxsi instagram səhifəm vasitəsilə müraciətlər olunmaqdadır. Müraciətlər özünə inam və həyatın çətinlikləri sırasında nələrin edilməsi ilə bağlı olmaqdadır. Çalışdığım qədər əlbəttə ki, yardımlar göstərməkdəyəm.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- İnsanlarda bəyənmədiyim xarakter özünə inamsızlıqdır. Çünki, sevgisizlik, güvənsizlik, başarısızlıq, bir sözlə hər şey inamsızlıqdan qaynaqlanmaqdadır. Bizlər özümüzü cisimlərə çox bağlamış, egoya sahiblənmişik, nəticədə də öz potensialımızı unutmuşuq. Kosmik varlıqlar olaraq kosmopolit varlıqlar olduğumuz halda, dünyaya bağlanaraq yer varlıqlarına çevrilmişik. Bu hal düzəlidir.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq araşdırmağı sevən, hər zaman ilklərə imza atmağa can atan biriyəm. Başarılarımın əsil səbəbi isə inatçılığımda yatmaqdadır. Şərtlərdən asılı olmayaraq girdiyim yolda sona qədər davam edən biriyəm.

- Ailəlisinzmi?

- Subayam. Hələ ki, özümü karyerama həsr etmək niyyətindəyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- İnsanlara müəyyən hədəfə sahib olmağı,başarılarını xəyal edərək sona qədər davam etmələrini məsləhət görürəm. Həyat şərtləri xaos konseptində davam etməkdədir. Bizlər isə həyatın dəyişən şərtləri qarşısında hər zaman davam etməliyik. Şərt böyük addımlar atmaq deyil. Edilməsi gərəkən sadəcə davam etməkdir. Hazırda ən kiçik nəyi edə biliriksə, onu ertələmədən etməkdir. Uğurun yolu budur, davam etmək.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

-İlk başlayanda özüm üçün araşdıran bir şəxs idim. Doğrudur hər zaman başarılı olmaq istəmişəm, lakin bu yolda qarşılaşdığım, məni dəstəkləyən insanlarla tanışlığımı xəyal etməmişdim. Tanrının lütfü olan bu şəxslərə təşəkkürümü bildirirəm.

- Başarısızlıqlar qarşısında nə edilməlidir?

- Başarısızlıq insanları həyat yolunda həvəsdən salan bir haldır. Amma, bu başarısızlığı yanlış anlamağımızdan irəli gəlməkdədir. Hər birimiz yappoz parçalarını bilirik və uşaqlığımızda düzəltmişik. Yaxşı bilirik ki, yappoz parçaları ayrı-ayrılıqda bir məna verməməkdədir. Şəkilin tamamı yappoz parçalarını bir yerə topladığımızda aydın olmaqdadır. Eynilə başarı rəsmi də başarısızlıqlar toplamında ortaya çıxmaqdadır. Başarısız olmadan təcrübə toplanmaz və təcrübəsiz başarı saxta olar, uzun müddətli olmaz. Başarısızlıqlar qarşısında həvəsdən düşməməli, əksinə bir yappoz parçasını daha tapdığımıza sevinməliyik.

Əlaqə nömrəsi: (099) 703 92 93

Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"
Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"
Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"
Yazıçı Məhəmməd Kərimov: "Kosmik varlıqlar olaraq özümüzə inanmalıyıq"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...