Bu gün, 10:39- Eyni ruhun iki qüruru
Dünən, 14:36- Antiterror tədbirləri erməniliyin sonu oldu
22-09-2023, 18:34- Antiterror tədbirləri erməniliyin sonu oldu
22-09-2023, 11:49- Tolerant dövlətlər arasında münasibətlər genişlənir
19-09-2023, 17:22- “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!
19-09-2023, 13:35- Qəzada və mina terroru nəticəsində həlak olan polislərimizin FOTOSU
19-09-2023, 13:08- Sabah 27 dərəcə isti olacaq
19-09-2023, 12:19- Emil Rəhmanov dünyasını dəyişdi
19-09-2023, 11:24- Sülh naminə...
19-09-2023, 10:37- Erməni təxribat-diversiya qrupu DİN əməkdaşlarına qarşı terror aktı törədib - 4 polis həlak olub
19-09-2023, 10:05- Xocavənddə yük avtomobili minaya düşüb, ölənlər var
18-09-2023, 17:00- Ukrayna müdafiə nazirinin bütün müavinləri istefaya göndərildi
18-09-2023, 16:27- Axtarışda olan 3 Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya edildi
18-09-2023, 15:53- Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır
18-09-2023, 15:08- Geomaqnit qasırğası başlayıb
18-09-2023, 14:30- Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisi üçün 11 milyon manat ayrılıb - SƏRƏNCAM
18-09-2023, 13:44- Bu gün İranla ABŞ arasında məhbus mübadiləsi baş tutacaq
18-09-2023, 13:19- Elm və Təhsil Nazirliyi tələbə adını qazananlara müraciət edib
18-09-2023, 12:51- FHN-dən qeyri-sabit hava ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ
18-09-2023, 12:22- "Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi - Xanım blogger müraciət yaydı
- Nərmin xanım, yəqin ki, bir neçə gün bundan öncə dənizkənarı parkda kaktusun üzərini yazan qadının videosunu izləmisiniz. Təəssüf ki, tək bitkilərin üzərini deyil, metroda, avtobusda, küçədə müxtəlif yerləri, məktəbdə kitab, parta və divarları yazmaq kimi bir "ənənə" var. Psixologiyada bu cür davanışlar necə izah olunur?
- Cəmiyyət üçün qəbul edilmiş mənəvi, hüquqi, sosial standart və normalar var, onların pozulması nəticəsində deviant (lat. deviatio – kənara çıxma) davranışlar yaranır. Yuxarıda sadaladığınız hərəkətlər deviant davranışlardır və həmin davranışlara mənəvi, hüquqi, sosial qiymətlər verilir. Deviant davranışların asosial və delinkvent növləri ilə, ən əsası, destruktiv forması ilə tanış olaq, bundan sonra həmin davranışları və davranış sahiblərini daha yaxşı başa düşə biləcəyik:
-Asosial davranışlar cəmiyyətin dəyərlərinə, qayda-qanunlarına zidd davranışlardır. Yuxarıdakı nümunələrdə cəmiyyətin maddi və mənəvi dəyərlərinin qorunmadığını aydın şəkildə görürük. Bu tip davranışlara sosial qiymət verilir.
-Delinkvent davranışlar (lat. delictum - qanunsuz hərəkət) xırda hüquqa zidd davranışlardır, hansı ki, ayrı-ayrı vətəndaşlara, həm də bütünlükdə cəmiyyətə, dövlətə, onun əmlakına kiçik və yaxud böyük həcmdə ziyan vura bilər. Bu tip davranışlara hüquqi qiymət verilir.
-Destruktiv (lat. destructio - dağıdıcı) davranış tərzi dağıdıcı olmaqla hər hansı bir şeyin, məsələn: fiziki və mənəvi dincliyin, gözəlliyin məhvinə yönəlmiş hərəkətdir. Destruktiv davranış insanlara, heyvanlara, bitkilərə, təbiətə və s. münasibətdə kobudluq, etinasızlıq şəklində özünü göstərir. Bu tip davranışlara mənəvi qiymət verilir.
- Hər yeri yazmaq istəyi nədən qaynaqlanır? İnsanları bu cür davranmağa təhrik edən nədir?
- İnsanlar əl yazısı, rəsm vasitəsilə öz daxili aləmini xarici aləmə köçürürlər, düşündüklərini, daxili sıxıntı və problemlərini, sözlü, ucadan, açıq ifadə edə bilmədiklərini bu şəkildə ifadə edirlər, bir növ, subniminal (şüuraltı) mesajlar ötürürlər. Davranış sahibinin yazdığı simvollar, simvolların həcmi, qalınlığı, istiqaməti, basılma səviyyəsi şəxsin sevgisini yox, əslində xarakterini, aqressiyasını, gərginliyini, eqoizmini, bitiklərə, digər obyektlərə qarşı zoraki düşüncə və davranışını ortaya qoyur.
Deviant davranışlar genetik, psixoloji, sosial amil və səbəblərdən, müxtəlif stimullardan qaynaqlanır. Hər bir insan davranışının arxasında psixoloji fayda, koqnitiv (əqli), affektiv (hissi), iradi cəhətlər, mədəniyyət, təhsil, tərbiyə, özünütərbiyə, şəxsin fərdi fəallığı, sahib olduğu dəyərlər sistemi, şəxsi, etnik-milli xüsusiyyətlər, insanın əhatə olunduğu fiziki, sosial və psixoloji mühit, ailə, davranışı stimullaşdıran maddi və mənəvi tələbatlar; daxili və xarici, dərkolunan və dərkolunmayan motivlər, KİV (Kütləvi informasiya vasitələri) və digər təsir faktorları dayanır.
Hər yeri yazmaq istəyi müxtəlif səbəblərdən yaranır. İnsanları bu cür davranmağa təhrik edən bəzi səbəblər bunlardır:
-İnsanlarda görsəl qavrama, dərketmə və yaddaşın üstün olması nümayişkaranə hərəkətləri artırır;
-insanlar pozitiv yöndən də bu cür hərəkətlər edə bilirlər, təbiətin onlara bəxş etdiyi pozitivliyi müxtəlif izlər ilə təbiətə geri qaytarırlar;
-neqativ yüklü insanlar isə öz neqativlərini təbiətə tökməyə çalışırlar;
-fiziki və psixoloji travmalara, zorakılığa məruz qalan və ya zorakılığa şahid olan insanlar aqressiv davrana bilirlər;
-özünütəsdiq vasitəsi kimi seçirlər, uşaqlıq vaxtı müstəqilliyi əlindən alınan insanlar özlərini azad və limitsiz hiss etmək üçün bu cür ifadə və təsir üsullarına üstünlük verirlər;
-kiçik yaşlarda olan öz dəriləri üzərində yazı yazmaq vərdişləri böyüdükcə başqa obyektlərə yönəlir;
-kağıza, müxtəlif yerlərə öz adını yazmaq, imzasını çəkmək mənmərkəzli düşüncəyə sahib olduğunu, diqqət çəkməyə çalışdığını, özünütəsdiq təlabatının olduğunu göstərir;
-ağacların üzərinə yazmaq şəxsin səbirsiz olduğunu göstərir, gözləməyi bacarsa, ağac kağız olacaq, ancaq bir şey var ki, hər ağac kağız olmayacaq;
-sevgini ifadə etmənin bir yolu; cütlüklərin qrup fəaliyyəti; birgə əylənmək və vaxt keçirmək kimi də qavranılır;
-özündən sonra iz qoymaq;
-romantik xatirələr toplamaq, iki sevgilinin illər sonra o ağacın yanına gələrək nostalji hisslər keçirmək istəmələri;
-canı sıxılan insanın istifadə etdiyi məşğuliyyət;
-kommersiya məqsədli ünvan, əlaqə və s. məlumatları yazmaq;
-partalara, sinif otaqlarının divarlarına eşq, dostluq etirafları, kimisə etiketləmə məqsədli, şparqalka niyyətli yazılar;
-həmçinin, digər insanların verdiyi aşırı reaksiyalar onlara zövq verir, diqqət mərkəzində olduqlarından əmin olurlar, bu reaksiyalar onları daha çox belə davramağa təşviq edir və s.
-Bir psixoloq olaraq bu cür davanışları necə qiymətləndirirsiniz?
- Hamı tərəfindən qəbul olunmuş davranış modellərindən fərqli olaraq deviant davranış modelləri cəmiyyət tərəfindən qəbul olunmur, qınanır, pislənir, həmçinin cəmiyyətin mənfi maraq, diqqət və təəccübünə səbəb olur. Davranış sahibində fərqli, müsbət hisslər yaratsa da, ətrafdakı insanlarda tamamilə əks, mənfi, qarışıq hisslər, həmçinin müsbət, mənfi, neytral münasibətlər yarada bilər. Bəzən də elə olur ki, insan öz hərəkətinin, rəftarının cəmiyyətdəki normalara uyğun olmadığını, düzgün hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman iztirab, xəcalət, təəssüf, peşmançılıq, rüsvayçılıq kimi əxlaqi hisslər keçirir. Ümid edirik ki, haqqında danışdığımız situasiya da bu qəbildəndir.
Davranış sahibinin, ümumiyyətlə, bu cür davranan insanların davranışlarını şəxsiyyətyönümlü davranış modeli əsasında qiymətləndirə bilərik. Bu model davranış sahibinin şəxsiyyəti, özünüifadə tərzi, fərdi-psixoloji xüsusiyyətləri (xüsusilə, xarakteri, şəxsiyyətin istiqamətləri- tələbatları, arzu və istəyi, sərvət meyilləri, marağı, məqsədi, dünyagörüşü, əqidəsi, inamı, dəyərləri və s.) ilə bağlıdır. İnsanın xarakteri özünə və başqalarına qarşı rəftar, davranış və münasibətdə ifadə olunur, düzdür, bu davranışların onların xarakterinə çevrilməsi üçün davamlı hal alması lazımdır, ancaq bu cür davranışlar vaxtında tərk edilməzsə vərdişə, o da öz növbəsində, xarakterə çevrilir. Həmçinin, insanlar situativ və mühitəuyğun olaraq da bu cür davrana bilirlər.
Davranış qiymətləndirilərkən onun düzgünlüyü əsas götürülür. İnsanlar hadisələrə, davranışlara müxtəlif qiymətlər: daxili (özünüqiymətləndirmə) və xarici (başqasını qiymətləndirmə); obyektiv və subyektiv; müsbət, mənfi və neytral; məntiqi, əxlaqi, estetik və emosional qiymətlər verirlər.
-Hadisəyə məntiqi qiymət versək, aşiq olan insan hissi davranır, ancaq sevəndə tədricən ağlın gözü ilə baxmağa başlayır, hissləri intellektuallaşır, məntiqi davranmağa başlayır. Xanım ola bilsin düşünüb ki, bu davranışı ilə öz sevgisini bildirə, bir növ əbədiləşdirə bilər. Ancaq sevgini göstərməyin, əbədiləşdirməyin daha düzgün, modern, konstruktiv (qurucu), kreativ (yaradıcı) yol, üsul və vasitələri, ümumiyyətlə, sevginin çoxsaylı təzahür formaları var. Bu cür üsul və vasitələr dağıdıcı, məhvedici gücə sahib olmaqla yanaşı, həm də güclü təlqin, psixoloji sirayət (yoluxma) gücü də vardır. Ümumiyyətlə, insanlar düşüncələrinin düzgün olub-olmadığını bilmək üçün davranışlarının məntiqi əsasının olub-olmamasını araşdırsınlar, davranışın doğruluğuna dair dəlil və əks dəlillər tapsınlar, davranışın fayda və zərərləri üzərində düşünsünlər.
-Hadisəyə əxlaqi qiymət versək, cəmiyyət tərəfindən bəyənilməyən, qayda və qanunlara zidd davranışlardır.
-Hadisəyə emosional (duyğusal, hissi) qiymət versək, bu cür dağıdıcı davranışlar əksər insanlara mənfi hissi təsir edir, onlarda neqativ duyğular yaradır.
-Hadisəyə estetik qiymət versək, heç də estetik təsir bağışlamır, əksinə, təbii gözəlliyi məhv edir, ona kölgə salır.
[b]-Təbiətin, xüsusilə, bitkilərin insan psixologiyasına təsiri nədir?
- Əslində, bu təsir qarşılıqlı baş verir. Həssaslıq bütün canlılara məxsusdur. Bitkilər üzərində aparılan psixoloji tədqiqatlar deməyə əsas verir ki, əlverişsiz mühit, onlara qulluq zamanı istifadə olunan kobud sözlər, xoş olmayan musiqi, kobud rəftar və davranış onların məhsuldarlığını endirir. Çünki bitkilər də ruha sahibdirlər. Sevginin gücü sadəcə kaktusun, ağacın üzərini bərk cızıb yazmaqla ölçülür? Başqa sözlə, onların sevgisi qələmin kağız üzərində təzyiqi qədərdir?
Təbiət gözəlliyi ilə insan yaradıcılığı doğru şəkildə qovuşanda estetik zövq və təsir daha da artır. Estetik hisslər insan psixikasına stenik (hərəkətə gətirici) təsir göstərir. Natura psixoterapiya və art terapiyada təbiət gözəlliklərindən və təsvirlərindən müalicə vasitəsi kimi istifadə olunur, insanın fiziki, mənəvi və psixi sağlamlığına müsbət təsir edir, «mənəvi təmizlənmə»yə, gərginlikdən xilas olmağa, rahatlamağa imkan verir. Bu baxımdan Azərbaycanın tarixini, qədimliyini, gözəl təbiətini özündə əks etdirən Dənizkənarı parkda insanların fiziki və mənəvi dincəlməsi, öz mənəvi tələbatlarını ödəməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Dənizkənarı parkın salınması, abadlaşdırılması, dekorativ bitkilərlə bəzədilməsi (müxtəlif ağac, kaktus və gül növlərinin əkilməsi), onların baxımı, həmçinin şəhərsalma, yaşıllaşdırma, nəqliyyatın, təhsil şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən pul ayrılır. Vətəndaşlar bunu qiymətləndirməli və dövlət əmlakına, ümumiyyətlə, təbiətə zərər vurmaqdan çəkinməli, özləridən kiçiklər üçün örnək olduqlarını unutmamalıdırlar. Milli xarakterimizdə təmizlik, səliqəlilik, xüsusilə, evi təmiz, səliqəli saxlamaq şəxsiyyətin ən vacib xüsusiyyəti və özünənəzarət göstəricisidir, bu baxımdan milli xarakterimizə, sağlamlığımıza zərər vuracaq qeyri-iradi davranışlardan (səliqəsizlik, pintilik) çəkinmək lazımdır.
Psixoloqla əlaqə: +994552591476;
+994516241476.