Anons

28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may

26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb

26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"

26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib

26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq

26-05-2023, 13:00- Sabah hava necə olacaq?

26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib

26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir

26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb

26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb

25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI

25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb

25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

Haqqımızda Əlaqə

Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"

Tarix:15-05-2023, 11:20

Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"
- Rəna xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Uşaqlıqdan özümü ruhsal səviyyədə yetişdirmişdim və bir gün bunun həyatımda yeni bir döngü yaradacağını bilməzdim. Öz içimə döndüm ve əslində mənə veriləni, məndə olanı gördüm, fərqinə vardım. Bunu insanlığa xidmətə yönəltməyə qərar verdim ve yol məni buraya gətirdi. Mən daima öz missiyamın axtarışında olmuşam. Hər zaman düşünmüşəm ki, insan özünü faydalı və xoşbəxt hiss etdiyi işlə məşğul olmalıdır. Bu, insanın yerinə yetirməsi vacib olan əsas vəzifədir. Əslində ixtisasım tarixdir və Naxçıvan Universitetində tarix fənninin tədrisi ilə məşğulam, eyni zamanda həmin universitetin dissertantıyam. Tariximizi gənclərə öyrətməklə onların vətənpərvər ruhda yetişmələrinə və bu sahədə potensiallı kadr kimi fəaliyyət göstərmələrinə xidmət edirəm. Bioenerji ilə daha böyük kütləyə fayda verə bildiyim üçün ikinci əsas iş olaraq bu sahəni seçmişəm. Mənə görə gördüyümüz hər iş bizim, bütünün xeyrinə xidmətə yönəlməlidir. Hər kəsə fayda və şəfa verə bilərəmsə, bunu niyə etməyim? Suallarımın, dualarımın və düşüncələrimin məni gətirdiyi yerdəyəm. İstədiyim yerdə.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- Hələ yolun başlanğıcındayam. Qısa zaman olmasına baxmayaraq bu sahədə böyük uğurlar əldə etmişəm.

- Bioenerji sahəsi üzrə hansı işləri görürsünüz?

- Bioenerji tibbin bir qoludur, alternativ tibb üsuludur. Bioenerji ilə konsultasiya ve seanslar edərək müraciət edənlərin şəfalanmasına vasitəçilik edirəm. Eyni zamanda bu sahə ilə əlaqəli müxtəlif mövzularda maarifləndirici seminarlar təşkil edərək insanları məlumatlandırıram.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Ümumiyyətlə, edilən müraciətlər daha çox xəstəlikləri sağaltmaq, neqativ təsirlərdən qorunmaq, münasibətləri yaxşılaşdırmaq, şüuraltında yerləşən, nəsildən ötürülən neqativ kodları, qorxu, qayğı, stres, narahatlıq ve s. kimi sıxışmış duyğuları təmizləmək, travmaları şəfalandırmaq, öz missiyalarını tapmaq ilə əlaqəli olur.

- Bioenerjist olaraq nəyə "yox", deyirsiniz?

- İnsanların ehtiyacları olduğu halda dəstək almaqdan çəkinmələrinin əleyhinəyəm. Dəyişməkdən, inkişaf etməkdən qorxurlar, özlərini gözəl şeylərə layiq görmürlər. Bu da onların daima narahat və gərgin olmalarına, ünsiyyətdə olduqları insanlara da həmin enerjini ötürmələrinə səbəb olur.

- Sizə daha çox kimlər müraciət edir?

- Əsasən xanımlarla işləyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Mərhəmətli, sevgidolu, anlayışlı bir insanam.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Gözəl düşünərək, gözəl danışaraq qarşılaşdıqları insanlara və yaşadıqları hadisələrə onlara xidmət etdikləri üçün təşəkkür etməyi, gördükləri, eşitdikləri, yaşadıqları hər şeydən nəticələr çıxarmağı, duyğularını, hisslərini daima ifadə etməyi və özlərini sevməyi tövsiyyə edirəm. Onlara demək istəyirəm ki, qapınızı çalan hər problemin həyatınıza qatqısı vardır. Ondan qaçsanız fürsəti qaçırarsınız. Asan çıxış yolu tapsanız, müvəqqəti olaraq faydalanarsınız, ancaq almanız gərəkən dərsi qaçırarsınız. Əgər bununla üzləşsəniz, sizə dərs verməklə qalmaz, eyni zamanda bilgəlik və fürsətlər də verər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi. Ancaq bu işin insanlarda fərqindəlik yaradacağına, onlara fayda verəcəyinə əmin idim. Əslində heç nə mənim üçün təsadüf deyildi və təəccüb doğurmurdu. Çünki, hazır olduğum şeylərlə qarşılaşırdım və çox uğurlu olacağına inanırdım. Elə də oldu.

Əlaqə nömrəsi: (060) 579 85 86

Instagram: bioenerji_ile_oyanis

Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"
Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"
Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"
Bioenerji uzmanı Rəna Qurbanova: "Qısa zamanda böyük bir kütləni cəlb edə biləcəyim ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...