Anons

Dünən, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Dünən, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Dünən, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Dünən, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Dünən, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Dünən, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Dünən, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Dünən, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Dünən, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

25-04-2024, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Dietoloq- endokrinoloq Elnaz Seyidova: "Mənim üçün ən vacibi işimin keyfiyyətidir"

Tarix:6-12-2022, 13:35

Dietoloq- endokrinoloq Elnaz Seyidova: "Mənim üçün ən vacibi işimin keyfiyyətidir"

- Necə oldu ki, bu sahəyə gəldiniz? Niyə ağ xalat geyindiniz?

- Əslində mən Neft Akademiyasına daxil olmaq istəyirdim. Amma bizim nəsildə irsi olaraq şəkər xəstəliyi var və mənim atam da şəkərdən əziyyət çəkirdi. İxtisas seçiminə gələndə də rahatlığ üçün funksional diaqnostikanı düşündüm, amma atam dedi ki, sen endokrinoloqluğu seçəcəksən və mənim həkimim olacaqsan. Sonradan bu işimi çox sevdim və şükür edirəm ki, atam məni məhz bu sahəyə yönəltdi.

- Neçə ildir bu sahədəsiz?

- Artıq 15 ildir ki, bu sahədə çalışıram.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Mən həkim kimi imtiyazlı xəstələrə də xidmət göstərməkdən savayı artıq 2 ildir ki, şəhid və qazi ailələrinə yardım qrupu yaratmışam. Müharibə başlayan gündən yaxınlarım, tanışlarım pul toplayıb dərman, əlil arabaları və s. alırdıq. Daha sonra həyat yoldaşım yardım fondu yaratmaq ideyasını irəli sürdü. Noyabrın 26-da artıq fondumuzun 2 yaşı tamam oldu. Biz mütəmadi olaraq şəhid ailələrinə, əsasən də qazilərə yardım edirik.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacibi işimin keyfiyyətidir. Öz otağımda xəstəyə yaxşı xidmət göstərmək üçün hər cür şərait yaratmışam.

- Son dövrlərdə sizi ən çox narahat edən məqam hansıdır?

- 2005-ci ildə Nazirlər Kabinetinin 85 saylı qərarı ilə xəstələrə 40 vahidlə insulin verilməyə başlandı. Bu qərardan sonra bir çox xəstələrin vəziyyəti normallaşdı, lakin bəzi çətinliklər də yarandı. Mənim təşəbbüsümlə biz mərkəzə müraciət etdik ki, 1-ci tip diabetlərə, amputasiyası, ağırlaşması olan xəstələrə, şəhid, qazi ailələrinə 40 yox, 60 vahid verilsin. Sağ olsunlar, müraciətimizi qəbul edib razılaşdılar.

- Xarakter olaraq necə birisiniz?

- Sərt və tərsəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm, iki övladım var.

- Bir endokrinoloq olaraq nəyə yox deyirsiniz?

- Bizə ay ərzində 1000-ə yaxın xəstə gəlib-gedir. Belə bir təklif irəli sürüldü ki, hər dəfə xəstələrin 3 aylıq dərmanlarını öncədən verək. Lakin mən buna etiraz edirəm, çünki xəstə hər ay gələndə nəsə sual verir, öyrənir, ən azı digər xəstələrlə danışır. Əgər qəbulu 3 aydan bir etsək inanın ki, xəstə 3 yox, 6 aydan bir görünəcək, kontrola gecikəcək, dərmanlarını vaxtında almayacaq ki, bu da onun xəstəliyində fəsadlara səbəb olacaq.

- Oxuculara nə tövsiyyə verərdiz?

- 3 il bundan əvvəl şəkərli diabet xəstələri üçün pəhriz mövzusunda təlim keçdim. Düşünürdüm ki, çox adam gəlməz, amma zalda 100-dən artıq xəstə var idi. Məncə xəstələrə tövsiyyələr vermək, pəhriz proqramlarını aşılamaq üçün bu tip tədbirlərə çox ehtiyac var. Ən azı poliklinnikalarda diabet məktəbləri açılsa, 2-3 aydan bir bu cür təlimlər keçilsə xəstə daha çox şey öyrənə bilər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Bu işin belə çətin olduğunu fikirləşmirdim.

Əlaqə nömrəsi: (070) 300 06 96скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...