Anons

Bu gün, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

Bu gün, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

Bu gün, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

Bu gün, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Bu gün, 10:57- `MediClub` tibb ocağıdır, yoxsa? - BU NƏDİ BELƏ?!

Bu gün, 09:43- Faşizm üzərində qələbədən 79 il ötür

Dünən, 20:27- Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünən, 20:05- Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."

Dünən, 19:27- Ekologiya nazirliyi və icra hakimiyyəti 4 hektar meşəni satmaq istəyir – Prezidentə müraciət edildi (FOTO)

Dünən, 18:37- Ağdamın baş memarının arxasında KİM DAYANIR?-Rayonda Abdulalı Mehdiyev RÜZGARI.... -VİDEO

Dünən, 17:50- Deputat Ülvi Quliyevin oğlunun Londondakı şirkətindən yeni xəbər -Aktivlərini artırıb

Dünən, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Dünən, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Dünən, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Dünən, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Dünən, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Dünən, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Dünən, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Dünən, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Dünən, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram:

Tarix:3-02-2020, 19:42

Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram: - İlqar həkim, necə oldu ki, bu sahəyə gəldiniz?

- Həkimliyə marağım doqquzuncu sinifdə yarandı. Anatomiya fənninin mürəkkəb və maraqlı olduğunu gördüm. Qohumlarımızdakı həkimlərdən də dəstək aldıqdan sonra fikrimi qətiləşdirdim. 2011-ci ildə Dövlət Tibb Universitetindən məzun oldum. Könüllü olaraq hərbi xidmətə yollandım və qayıtdıqdan sonra rezidentura təhsilinə başladım. Rezidentura təhsilindən etibarən qərar verdim ki, dietoloq olaraq fəaliyyət göstərəcəyəm. Təhsilimin ikinci ilində Səhiyyə Nazirliyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə insitutunun birgə layihəsinə əsasən 31 nəfərlik heyətlə Türkiyənin Ankara şəhərinə üç aylıq təkmilləşdirmə kursuna göndərildim. Orada kliniki dietologiyaya dair bütün incəlikləri öyrənib Azərbaycanda tətbiq etməli idim. Vəzifəmin öhdəsindən gəlsəm də, düşündüm ki, bu sahənin bütün aspektlərini öyrənmək üçün üç ay mənə kifayət etməyəcək. Ona görə də qərara aldım ki, Türkiyədə oxuyub uzmanlıq dərəcəsi alım. Bakıya qayıtdıqdan sonra imtahanlara hazırlaşdım və bir neçə universitetə qəbul oldum. Seçimim isə göstəricilərinə görə İstanbuldakı Yeditəpə universiteti oldu. İki il ərzində elmi işimi müdafiə edib uzmanlıq dərəcəsi aldım. Onu da deyim ki, dietologiya üzrə Türkiyədə uzmanlıq alan ilk azərbaycanlı mən oldum. Oxuduğum illər ərzində bir çox elmi konfranslarda iştirak etdim. Öyrəndiklərimi Bakıya qayıtdıqdan sonra çalışdığım klinikada tətbiq etməyə başladım. Hal-hazırda da fəaliyyətim davam etməkdədir.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq altı ildir ki, fəaliyyət göstərirəm.

- Bir neçə il bundan öncə insanlarda bu sahəyə bir o qədər çox deyildi. Amma indi sanki bir axın var. Bunu nə ilə əlaqələndirirsiniz?

- Düzdür, əvvəllər bu sahəyə elə də böyük maraq yox idi. Ancaq indi internet dövrüdür, insanlar maarifləniblər. Sağlam yaşamaq istəyirlər, öz yaşam tərzlərinə fikir verirlər və s. Bu, sevindirici bir haldır.

- Hər bir həkimin işləmə üslubu var. Sizin iş prinsipləriniz nədən ibarətdir?

- Bizim klinika yeganə kliniladır ki, bizə Amerika standartlarını tətbiq etməyə şərait yaradır. JCI (Joint Commission International) bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Biz bu standartlardan kənara çıxmırıq. Həmçinin Türkiyədə və digər Avropa ölkələrində təşkil olunan seminarlarda, konfranslarda öyrəndiklərimizi pasientlərimizə tətbiq edirik.

- Bir dietoloq olaraq sizi narahat edən məsələ nədir?

- İnsanların tez və asan yolla çəki atmaq istəyi məni narahat edir. Müəyyən otlarla, dərman preparatları ilə və s. arıqlamağa cəhd edirlər. Bu, yolverilməzdir. Ümumiyyətlə, diet deyəndə insanların ilk olaraq ağlına ac qalmaq gəlməsi və həkim məsləhəti olmadan müəyyən vasitələrdən istifadə etməkləri məni çox narahat edir.

- Xarakter olaraq necə birisiniz?

- Ağ xalatı əynimə geyindikdən sonra hamıya qarşı eyni oluram. Hər kəsə individual yanaşıram. Pasientlərə fiziki yardımdan başqa, bir növ onlara psixoloji yardım da edirik. Hər bir pasientə öz doğmam kimi baxıram.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görerəm ki, sağlam qidalansınlar və sağlam həyat tərzi keçirtsinlər. Öz həkimlərini seçərkən çox diqqətli olsunlar.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bir zamanlar Hippokratın işlətdiyi sözlər indi mən pasientlərimə qarşı işlədəcəyəm. O deyirdi ki, zaman gələcək sizin dərmanlarınız yediyiniz qidalar olacaq. Sən demə, o zaman elə bu əsr imiş.

Əlaqə: (051) 250 59 45

Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram:

Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram:


Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram:
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...