Anons

Bu gün, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Haqqımızda Əlaqə

Azərbaycanlı fotoqrafların əsərləri Tbilisidə açılan sərgidə nümayiş etdirilir

Tarix:6-07-2022, 15:25

Azərbaycanlı fotoqrafların əsərləri Tbilisidə açılan sərgidə nümayiş etdirilir
Tbilisidə Azərbaycanın tanınmış fotoqraflarının əsərlərinin sərgisi açılıb.

Sərgidə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun da Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, məcburi köçkünlərin həyatından bəhs edən əsərləri də nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri sərgidə iştirak edib, Azərbaycan fotoqraflarının əsərləri ilə tanış olublar.

Bildirilib ki, sərgi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə “Cənubi Qafqazda sənədli fotoqrafiya” layihəsi çərçivəsində açılıb.

“Ground Zero” adlı sərgi Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyası və “Adjara Group” şirkətinin təşkilatçılığı ilə reallaşıb.

Səfir Azərbaycan fotoqrafları Fəxriyyə Məmmədova, Zaur Mirzəyev, Sitarə İbrahimbəyli, Emil Xəlilov, İlqar Cəfərov, Sevinc Pirizadeh –Aslanova, Əli Rza, Nina Sevnyova, İlkin Yaqubov və Elşən Babanın əsərlərinə baxıb, onların Tbilisidə nümayiş etdirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, sərgidə Gürcüstanda yaşayan soydaşımız Şahvələd Ayvazova (Şah Ayvazov) məxsus tarixi fotolar da nümayiş etdirilib.

Bildirilib ki, sərgidə Azərbaycan, Ermənistan və Gürcüstan fotoqraflarının, ümumilikdə 300 şəkli nümayiş olunacaq. Təşkilatçıların bildirdiyinə görə, tədbirin məqsədi Cənubi Qafqazda hazırkı vəziyyəti əks etdirməkdir.

Qeyd olunub ki, fitnəkar Ermənistan fotoqrafları bu dəfədə də öz məkrli və çirkin əməllərindən əl çəkməyiblər. Onların bəzi fotolarında Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə kölgə salmağa yönəlmiş yazıları, bəzilərində isə Azərbaycan ərazilərinin erməni adı ilə verilməsi və s. kimi təxribatçı əməllər olub.

Azərbaycanın Gürcüstandakı səfirliyi dərhal məsələyə müdaxilə edib və Ermənistan fotoqraflarının riyakarlığının qarşısını alıb.

Səfirliyin məsul əməkdaşları tədbirin təşkilatçılarından olan Gürcüstanın Sənədli Fotoqraflar Assosiasiyasının rəhbəri David Tsxadadzeyə sərginin açılış mərasimində sərt irad bildirib və erməni fotoqrafların şəkillərinə verilən yazılarda Azərbaycan əleyhinə olan hissələrin çıxarılmasını tələb ediblər. Səfirliyin çevik reaksiyasından sonra ermənilərin təxribatçı mətnlərinin olduğu lövhələr sərgi zalından yığışdırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...