24-06-2022, 17:17- Defektoloq-Loqoped Şəbnəm Əsgərova: "Öz işimin fanatıyam"
24-06-2022, 16:55- Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılıb
24-06-2022, 16:51- Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
24-06-2022, 16:23- Xalça Muzeyində qurama nümunələrindən ibarət sərgi açılacaq
24-06-2022, 15:38- Azərbaycanda psixatrop maddə istifadəçiləri artıb - RƏSMİ
24-06-2022, 15:09- Bu bağçalara uşaq qəbulu sərbəstdir - Nazirlik
24-06-2022, 14:42- ANAMA sədri BQXK-nın nümayəndələri ilə görüşüb
24-06-2022, 13:58- Sabah 37 dərəcə isti olacaq
24-06-2022, 13:27- Bu gün planetlər paradı olacaq
24-06-2022, 13:00- “Space” TV-yə ciddi xəbərdarlıq olunub
24-06-2022, 12:33- Hərbi orkestrlərin yürüşləri olacaq - SİYAHI
24-06-2022, 12:05- Azərbaycanda KOB İnkişaf Fondu yaradılır
24-06-2022, 11:46- FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb
24-06-2022, 11:19- Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
24-06-2022, 10:51- Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
24-06-2022, 10:24- Peşə bayramın mübarək, qalib Azərbaycan əsgəri
24-06-2022, 10:00- Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər
23-06-2022, 16:17- Ukraynada 152 mədəni abidə qismən və ya tamamilə dağıdılıb
23-06-2022, 15:56- Azərbaycan-Gürcüstan təhsil sahəsi üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
23-06-2022, 15:23- Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM
"Azərbaycanfilm" "Qarabağ" mövzusunda ssenari müsabiqəsi elan edib.
Bu barədə APA-ya "Azərbaycanfilm" kinostudiyasından məlumat veriblər.
Qeyd olunub ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “AZƏRBAYCANFİLM - 100” adlı ssenari müsabiqəsi elan edir. Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək. Qaliblərin adları avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.