Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

“Uğur 777” klinikasında Xəyalə İsmayılovanı kim qoruma altına alıb?-Video

Tarix:6-05-2025, 17:54

“Uğur 777” klinikasında Xəyalə İsmayılovanı kim qoruma altına alıb?-Video Barəsində şikayətlər artan “Uğur 777” klinikasını qoruma altına alan “müvafiq orqanlar” hansılardır?

Aprelin 28-də qədirbilən Azərbaycan xalqı, xüsusən də ölkənin səhiyyə ictimaiyyəti akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd etdi. İşıq tutulan xatirələrdə görkəmli oftalmoloq-alimin tibb elminə dair sanballı tədqiqatları, monoqrafiya, dərs vəsaitləri, ixtira və səmərələşdirici təklifləri sadalandı. Onun həkim sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən “Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır deyildi.

Görün nə yazılıb həmin kitabda: “Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.

İndi isə gəlin görək, bu tələblərə cavab verən vicdanlı həkimlər çoxmudur? Əminliklə demək olar ki, onların arasında “Uğur 777” adlı klinikasının rəhbəri Xəyalə İsmayılovaya yer yoxdur.

Bildirilir ki, “endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinikanın rəhbəri Xəyalə İsmayılovanın nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Məlumatlarda acınacaqlı hal kimi qeyd olunur ki, bu “həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Kliunikanın xidmətindən narazı vətəndaşlara da qarşı təhdid və təzyiqlərdən istifadə edilir.
Eyni zamanda bunca şikayət, bu qədər sübut qarşısında niyə hələ də X.İsmayıllovanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunmaması sual doğurur. Elə bu günlərdə X.İsmayılovanın yayılmış səs yazısı həmin sualın cavabı kimi qiymətləndirilə bilər. Səs yazısında X.İsmayılova şikayət üzrə araşdırma aparan xanım jurnalistlə söhbətində iddia edir ki, o, guya “müvafiq orqanlara” da pul verir, onu qoruma altında saxlasınlar. Sonra da jurnalisti görüşüb çay, kofe içməyə çağırır, əslində özünün yaxşı insan olduğunu deyir, onu bir həmcins kimi “başa düşməyə” dəvət edir və “haqq” təklif edir. Səs yazısında həmçinin jurnalistə özünü Xəyalənin xalası oğlu kimi təqdim edən Zaur adlı şəxsin də jurnalistə pul təklif etməsindən söhbət gedir. X.İsmayılova həmin şəxsin qazi olduğunu, ona kömək etmək istədiyini bildirir. Eyni zamanda yaxın bir müddətdə yeni tibbi klinika açacağını, orada lisenziya və digər sənədlərinin qaydasında olacağını deyir. Üüstünə atılan “şər-böhtanın” kökündə isə onun nöqteyi-nəzərincə, başqa rəqib həkimlər durur. Guya onlar Xəyalənin ucuz qiymətə xidmət göstərdiyinə görə haqqında dezinformasiya yayırlar.
Amma yayılan səs yazısının altından rəy yazan şəxslər həkimlər deyil, Xəyalədən zaval görmüş və sağlamlıqlarına, estetik görkəmlərinə ziyan dəymiş pasientlərdir.

Qeyd edək ki, “Uğur 777” Klinikasında saxta diplomlar, qüsurlu əməliyyatlar haqqında məlumat verilmişdir

Mövzuya qayıdacağıq.

Nyus.Azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...