Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Tarix:6-12-2024, 15:42

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var


Bakı metrosundakı vəziyyət dözülməz hal alıb. Hazırkı rəhbərliyin işinin öhdəsindən gələ bilmədiyi deyilir və ciddi narazılıqlar səsləndirilir. Vaxtaşırı problemlərin yaranması nəzərləri birbaşa “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova yönəldir.

Hətta deyilənə görə, yaxın vaxtlarda Z.Hüseynov vəzifəsindən uzaqlaşdırılacaq. Onun yerinə sürpriz namizədin adı hallandırılır. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra həmin namizədin adını yazacağıq.

Mövcud problemlərin həlli üçün metropoltenlə bağlı hansı addımlar atılmalıdır? Rəhbərliyin dəyişməsi mümkündür görünürmü?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Bakı metrosunun problemləri uzun zamandır davam edir:

“Qatarlar arasında interval sayı çox uzundur, böyük sıxlıqlar yaranır. İdarəetmə ilə bağlı ciddi problemlər var. Bundan öncə də metropoliten rəhbərliyi bir neçə dəfə dəyişdirilib, amma problemlər həllini tapmayıb. Məncə, bu, tək rəhbərliklə bağlı problem deyil. Təbii ki, bu da problemlərin bir hissəsidir, yaxşı idarəetmə modelinin tətbiqi daha çox rəhbərdən asılıdır. Amma əslində əsas problem ondan ibarətdir ki, Bakı şəhəri həddindən artıq yüklənib və metropoliten bu yükü dartıb apara bilmir. Nəqliyyat sistemi bir-birinə inteqrasiya olunmuş halda idarə olunmur, bu da problem yaradır. Amma tez çözüm yollarından biri, təbii ki, qatar saylarının artırılmasıdır. Bu günə qədər “Bakı Metropoliteni” QSC-ə büdcədən milyonlarla vəsait ayrılıb. İnfrastrukturun yenilənməsi ilə bağlı müəyyən işlər görsələr də, qatar sayı yetərsizdir. İnterval azaldılmalıdır, elə şəhərlərin bir çoxlarında intervallar pik saatlarına bağlıdır. Məsələn, normalda 2 dəqiqədən bir gələn qatarlar, pik saatlarda 45 saniyə, 1 dəqiqə ərzində gəlirlər. Bu həllini tapsa, problemlər də öz həllini tapar”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, metrodakı qüsurların köklü səbəbləri var:

“Metro stansiyalarının sayı azdır. Yüklənmə çoxdur. “Koroğlu”, “28 May” nəqliyyat mübadilə məntəqəsi artıq ciddi problemlər yaradır. 10-15 avtobus eyni vaxtda gəlib sərnişin boşaldır. Nəticədə metronun 500-800 sərnişinə gücü çatmır. Metronu qınamaq olmaz. Nizamlama işlərində müəyyən qüsurlar var. Düzgün formada tərtib olsunsa, nizamlansa, belə nöqsanlara yol verilməz. Rəhbərin dəyişəcəyi ilə problemlərin yoluna qoyulacağını düşünmürəm. Sistem düzgün qurulmayıb”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...