Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saatı aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərindən bazar dəyəri 38950 manat olan "Rolex" markalı qol saatın aşkarlanması olub.
Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb. Məlum olub ki, qadının üzərində iki kişi qol saatı olub. Onlardan birinin - "Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified" markalı qol saatının qiyməti 38800 manat, digərinin - "Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified" markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manatdır.
Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta protokolu tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə isə Z.A. barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edib. O, iddia edib ki, həmin qol saatı ilə 3 dəfə Bakıya gəlib və İstanbula qayıdıb.
"Müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıram. Eyni zamanda oğlum hazırda Türkiyənin Bursa şəhərində təhsil alır. Qızım isə Azərbaycanda yaşayır və məktəbdə oxuyur" deyən qadın İstanbul şəhərində yaşasa da, anasının səhhəti ilə əlaqədar tez-tez Bakıya gəlib-getməli olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Z.A. 15580 manat cərimə edilib.