Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma

Tarix:28-11-2024, 15:55

İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma “Dream Construction Company” MMC bir gündə üç tenderin qalibi olub. Tribunainfo.az xəbər verir ki, bu barədə satınalma portalında məlumat yerləşdirilib.
Belə ki, MMC-nin udduğu ilk tender Tovuz İcra Hakimiyyətinin elan etdiyi müsabiqə olub. Tovuz rayonunda yolların əsaslı təmirini həyata keçirəcək şirkətlə 669.831,96 manatlıq müqavilə imzalanıb.
Həmin şirkət Ağdam İcra Hakimiyyəti ilə də ortaq “dil” tapıb. Məlum olub ki, “Dream Construction Company” Xındırıstan kəndi ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsini həyata keçirəcək və buna görə, 275.935,92 manat alacaq.
Daha bir tender isə Ağcabədi İcra Hakimiyyəti keçirib. Rafil Hüseynovun rəhbəri olduğu rayonda İcra Hakimiyyətinin inzibati binasında abadlıq işləri görüləcək. Bununla əlaqədar 61.933,6 manatlıq müqavilə bağlanıb.
“Dream Construction Company” MMC kimindir və kimlərə məxsudur? Bu şirkətlə bağlı apardığımız qısa araşdırma zamanı məlum olub ki, “Dream Construction Company” nəinki bu üç rayonda, ölkənin əksər şəhər və rayonlarında tenderlərin qalibi olub. Əsasən abadlaşdırma və yol tikintisini həyata keçirən şirkətin kiçik məbləğli tenderlərlə isə işi olmayıb. Elə Ağcabədi İcra Hakimiyyəti ilə ötən ilin yayında avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı 543.395,56 manatlıq müqavilə də bunu deməyə əsas verir. Həmçinin Sumqayıtda 2 milyonluq yol çəkmə, Xızıda 542 minlik abadlıq işləri də bura daxildir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimova Zəhra Musa qızıdır.
Apardığımız araşdırmaları zamanı məlum oldu ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.(Tribunainfo.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...