Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR

Tarix:26-11-2024, 14:50

Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR Tezadlar.az saytının elektron poçtuna Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım - 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s. 22.09.2024-cü ildən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicə olunub. Müalicə həkimi Elşən Qafarovdur. E.Qafarov həm də Həkim Məsləhət Komissiyasının üzvüdür. Mənim həyat yoldaşıma əlillik təyin olunmalıdır. Lakin həkim ağır vəziyyətdə olan xəstəni və bizi süründürməçiliyə saldı. Dörd dəfə onun qəbulunda olmuşuq. Təbii ki, həyat yoldaşımın müalicə həkimi olduğu üçün vəziyyəti ilə tanışdır. Lakin buna baxmayraq, hər dəfə bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi.

14.11.2024-cü il tarixdə Sizlərə şikayət ərizəsi ilə müraciət etdikdən sonra komissiya üzvü 22.11.2024-cü il tarixdə bizi qəbul etdi. Və Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar etdi. Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə 1-ci qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir, xəstənin vəziyyəti Bakıda qiymətləndirilməlidir.

Əvvəla, xəstənin müalicə həkimi elə o, özü olub. İkincisi, bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Halbuki xəstə qeyd etdiyim kimi, 22.09.2024-cü il tarixdən 14.10.2024-cü ildək xəstəxanada yatıb müalicə olunub. Ailəmizin maddi durumu çox acınacaqlıdır. Belə ki, 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaq) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Həyat yoldaşım demək olar ki, ölüm ayağındadır. Lakin həyat yoldaşıma əlillik verilməsi üçün komissiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ölüm ayağında olan həyat yoldaşımı hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur. Qeyd etdiyim kimi, xəstənin müalicə həkimi Elşən Qafarov özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, bütün komissiya üzvləri də bunun şahidi olub. Hətta komissiya üzvlərindən biri Elşən Qafarova iradını da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik ki, Elşən Qafarovun bizi süründürməkdə məqsədi nədir?!

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Xahiş edirəm, bizi qəsdən süründürən, get-gələ salan Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində müvafiq tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizlərə təşəkkürümü bildirirəm".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...