Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub

Tarix:23-11-2024, 11:37

Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub Fransa Prezidenti Emmanuel Makronun Haiti liderlərini “axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub.

Bu barədə “The Guardian” yazıb.

Nəşrin yazdığına görə, Haiti hökuməti Makronun “dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb.

Belə ki, çərşənbə günü Fransa Prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını “tamamilə axmaqca” adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib.

“Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər”, - Makron deyib.

Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib. Makron onun böyük lider olduğunu söyləyib.

“Onlar tam axmaqdırlar, onu işdən çıxarmamalı idilər”, - Fransa lideri qeyd edib.

Nəticədə Makronun açıqlamaları Haitidə (keçmiş Fransa müstəmləkəsində) qəzəbə səbəb olub. Lakin cümə axşamı Çilidə prezident, görünür, öz tonunu yumşaldıb.

“Fransa heç vaxt böhrandan üz çevirməyəcək... Faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq, istər Haitidə, istər Venesuelada, istərsə də Avropanın qapısında”, - Makron vurğulayıb.

Nəşr qeyd edib ki, Haiti rəhbərliyi daxili çəkişmələrlə parçalanıb və təhlükəsizliyi bərpa etmək və seçkilərə zəmin hazırlamaq tapşırığı verilən keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz vəzifələrində qalırlar.

“The Guardian” həmçinin əlavə edib ki, Fransa Haitidə təhlükəsizliyin bərpasına kömək etmək üçün nəzərdə tutulmuş, ciddi resurs çatışmazlığı olan təhlükəsizlik missiyasının maliyyələşdirilməsi üçün BMT fonduna 4 milyon avro, həmçinin öz hərbçiləri üçün fransız və kreol dili kurslarının maliyyələşdirilməsini öhdəsinə götürüb.(“Report)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...