Anons

Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

2-07-2025, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

2-07-2025, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

2-07-2025, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Haqqımızda Əlaqə

Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?

Tarix:20-11-2024, 15:51

Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır? Azərbaycan Respublikası qanunvericiliyinə görə hər hansı bir tikili işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmalıdır. Əks halda tikili qanunsuz sayılır və sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.
Redaksiyamıza verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçrilir.
Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
O da qeyd olunur ki, bu tikinti bir müddət dayandırılsa da, tikintini aparan şəxs yuxarılarla “hansı yollasa dil tapa bilib” və dayandırıldığı bildirilən tikilinin inşası davam etdirməkdədir. Tikinti aparan şəxs heç bir sənədi qanunun tələb etdiyi kimi qaydasına salmamışdır. Biz də öz növbəmizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların bu məsələyə mövqeyini öyrənməyə çalışacağıq. Öyrənməyə çalışacağıq ki, bu qanunsuz tikintiyə hansı qurum icazə verib.(aktualinfo.org)
Mövzuya qayıdacağıq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...