Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
İlk dəfədir ki, qlobal miqyasda iqlim dəyişikliyinin uşaqlara qeyri-mütənasib təsirləri etiraf edildi və tərəflərə bu təsirləri aradan qaldıracaq siyasi həlləri müəyyən etmək üçün öhdəlik müəyyən olundu.
Bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova Qoşulmama Hərəkatı üzvləri olan dövlətlərin, inkişaf etməkdə olan ölkələrin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “Qlobal Cənub” əməkdaşlığı vasitəsilə İqlim Fəaliyyətinin İnkişafı: QHT-lərin Rolu” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, dünyadakı uşaqların təxminən yarısı iqlim dəyişikliyinə ən çox məruz qalan yüksək riskli ölkələrdə yaşayır:
"Bu təsirlər sağlamlıq, təhsil və təhlükəsizlik üçün ciddi təhdid törədir. Keçmiş araşdırmalara görə, iqlim dəyişikliyindən yaranan xəstəliklərin 88%-i 5 yaşa qədər uşaqlara təsir edir. Mən bu faktları ona görə qeyd edirəm ki, bu, mənim bu il üçün götürdüyüm mandat idi və mən istəyirəm ki, bütün maraqlı tərəflər uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı çox həssas olsunlar".
O qeyd edib ki, Azərbaycan həddindən artıq istilər, su qıtlığı və Xəzər dənizində suyun səviyyəsinin azalması ilə üzləşib:
"Biz COP29-da gənclərin səslərinin təkcə eşidilmədiyi, həm də qiymətləndirildiyi və fəaliyyət göstərdiyi məkanlar yaratmaqdayıq ki, bu da iqlim fəaliyyətini zənginləşdirmək və dəyişdirmək üçün vacibdir.
İdarəçilik və təbiətə dərin hörmətə əsaslanan gənclərin perspektivləri bizim kollektiv rifahımızın və davamlı gələcəyimizin açarını saxlayır. Əminəm ki, biz birlikdə inklüziv, dəyişdirici və nəsillər boyu yer üzünü bəsləyənlərin müdrikliyi ilə idarə olunan iqlim fəaliyyətini inkişaf etdirə bilərik".