Bu gün, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Bu gün, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Bu gün, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bu gün, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Bu gün, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
Dünən, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Dünən, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Dünən, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Dünən, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Dünən, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Dünən, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Dünən, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Dünən, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Dünən, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
2-07-2025, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
2-07-2025, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
2-07-2025, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr üçtərəfli bəyanatının əhəmiyyətini yenidən qiymətləndirmək çətindir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 4 il bundan qabaq Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə olunması, müharibəni dayandırmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putin əhəmiyyətli səy göstərib.
Zaxarova xatırladıb ki, məlum üçtərəfli razılaşmadan iki ay sonra 2021-ci ilin yanvarında Rusiya Prezidentinin təklifi ilə Azərbaycan Ermənistan liderlərinin iştirakı ilə sammit keçirilib: “Bu sammitdə sülh prosesinə start verilib. Eləcə də, Cənubi Qafqaz regionunda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Rusiya, Azərbaycan və Ermənistanın baş naziri müavinlərinin həmsədrlik etdikləri işçi qrup yaradılıb. Daha sonra 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında bütün üçtərəfli razılaşmalar kompleksi formalaşdırılıb. Ermənistan-Azərbaycan normallaşmasının əsas istiqamətləri müəyyənləşib. Bura sülh sazişinin işlənib hazırlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri arasında təmasların qurulması aiddir. Belə üçtərəfli əsasda fəal iş gedən zaman bir sıra geniş dairəli məsələlərlə bağlı real ciddi nəticələrə nail olunub. Misal üçün, 2023-cü ilin iyununda üçtərəfli işçi qrup çərçivəsində regionda nəqliyyat marşrutlarının qurulması ilə bağlı razılıq əldə olunmağa yaxınlaşılıb. Lakin qərbin təzyiqi ilə İrəvan üçtərəfli işçi qrupda öz fəaliyyətini dondurub. Daha sonra isə Ermənistan bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Gəlin açıq olaq. Etiraf edək ki, vasitəçilik rolunu oynamağa çalışan ABŞ və Avropa İttifaqı özləri heç nə fikirləşə bilməyiblər. Onlar ancaq bizim işləyib hazırladıqlarımızı “copy” ediblər. Bununla belə, onlar sülh prosesini ələ keçirmək ümidi ilə onların məğzini pozublar. Onların əsl məqsədi bəllidir: Onlar regionu nəzarət altına almaq, ora daxil olmaq, Rusiyanı oradan çıxarmaq istəyirlər. Həm də İranı, Türkiyəni bu regiondan çıxarmaq, növbəti gərginlik ocağı yaratmaq istəyirlər. Cənubi Qafqazın taleyi, oradakı insanların taleləri onları tamamilə maraqlandırmır. Onların öz ambisiyaları var. Biz qərblilərdən fərqli olaraq təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqazda maraqlıyıq. Biz oradayıq (Cənubi Qafqazda-red). Orada bizim təbii, tarixi, iqtisadi, humanitar və digər müxtəlif maraqlarımız var. Biz bu regionu inkişaf etdirməyə hazırıq. Ona görə ki, bu, bizim marağımızdadır. Bu, sabitliyin və təhlükəsizliyin zəmanətidir. Rusiya tərəfi ermənistanlı və azərbaycanlı tərəfdaşlarına üçtərəfli razılaşmalar əsasında regionda dayanıqlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır”, - deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.