Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."

Tarix:4-11-2024, 13:19

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."

"Sizinlə son zamanlar olduqca mənfi bir tendensiyanın yayılması barədə fikrimi bölüşmək istərdim: deməli, 10-15 il öncə müdafiə edilərək bütün instansiyalardan keçib imtina almış və heç bir elmi dəyəri olmayan bir dissertasiya, əgər kifayət qədər "güclü" adamlarınız və maliyyə imkanınız varsa, AMEA-nın prezidenti tərəfindən xüsusi təşəbbüslə yenidən gündəmə gətirilir. AMEA rəhbəri öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edib və illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı qeyd edib.
O daha sonra əlavə edib: "Bu məsələdə iki əsas tərəf var. Birinci tərəf, müraciət edən akademiklər – onlar hansı şəxsi və ya maliyyə maraqlarına görə bu addımı atırlar? Bu, açıq şəkildə vəzifədən sui-istifadə, korrupsiya və rüşvət mexanizminin təzahürü kimi görünür.
İkinci məsələ isə bu hadisənin mənəvi və etik tərəfləri: belə bir addım elmi dəyərlərə, elmin obyektivliyinə və dürüstlüyünə ziddir və eyni zamanda gənc tədqiqatçılara qarşı haqsızlıqdır! Belə bir tendensiya Azərbaycan elminin nüfuzuna və dəyərlərinə zərbə vurur, eyni zamanda ictimai etimadın azalmasına səbəb olur.
Elmin müstəqilliyi və obyektivliyi naminə bu kimi halların ciddi şəkildə araşdırılması və qarşısının alınması çox vacibdir. Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil müəllim, bu mənfi tendensiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirərək, Akademiya daxilində baş verən intriqaların, rüşvət və korrupsiyaya meylli halların Komissiya səviyyəsində qarşısını almaqda prinsipial mövqe sərgiləyəcəkdir!"
"DİA-AZ" bildirir ki, bu çağırışnın ardından Günel Aslanlı daha sonra AAK rəhbərliyinə kifayət qədər ümid bəslədiyini də gizlətməyib:
"Mən inanıram ki, AAK-ın sədri, hörmətli Famil müəllim, bütün bu mənfi hallara qarşı prinsipial mövqe nümayiş etdirərək elmin şəffaflığını və obyektivliyini qorumaq üçün çalışır və çalışacaq. Hər cür saxta fəaliyyətin qarşısını almaq üçün əlindən gələni etdiyinə tam əminəm, çünki bu sahədə kifayət qədər təcrübəm var. Lakin təəssüf ki, müxtəlif instansiyalardan, o cümlədən bəzi akademik dairələrdən gələn böyük təzyiqlər və müraciətlər bəzən onun işini çətinləşdirir. Bu qədər saxta akademik rəylərə və təsir cəhdlərinə baxmayaraq, Famil müəllim elmi mühitin saxtakarlıqdan təmizlənməsi və müdafiə prosedurlarının ədalətli keçirilməsi üçün qətiyyətlə çalışır".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...