Anons

Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Haqqımızda Əlaqə

Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ...

Tarix:29-10-2024, 10:16

Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ... Azərbaycanda binalar inşa edən “Kristal Bakı” ASC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı açıqlanmayıb.

Xatırladaq ki, “Kristal Bakı”nın əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışından ibarətdir. Şirkət 2020-ci ildə dövlət qeydiyyatdan keçib, hazırda qanuni təmsilçisi Dostumaliyev İbrahim Cəfər oğludur. Bununla yanaşı, şirkətin Milli Məclisin deputatı Ağalar Vəliyevin ailəsinə məxsus olduğu barədə mətbuatda iddialar yer alıb. Məlumatlara görə, şirkətin əsas səhmdarı A.Vəliyevin oğlu Pərviz Vəliyevdir. O, şirkətin nizamnamə kapitalının 50 faizinə sahibdir.

2020-ci ildə təsis edilmiş şirkət 2021-ci ildə 2.38 mln. manat, 2022-ci ildə 11.97 mln. manat, 2023-cü ildə isə 15.45 mln. manat zərər edib.

P.Vəliyev eyni zamanda bu ilin əvvəlindən “Crystal Group of Companies”in Müşahidə Şurasına da sədrlik edir. 42 yaşlı biznesmen uzun müddət Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. “Azəraqrartikinti”nin Müşahidə Şurasının sədri isə Ağalar Vəliyev özüdür.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...