Bu gün, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Bu gün, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Bu gün, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Samux şəhərindəki H. Əliyev prospektinin "günahı nədir"...?!
Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 21.12.2024-cü il tarixdə Nümayəndəlik "Elman" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə bağlayıb. Bu müqavilə ilə Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə NümayəndəliyiSamux şəhərində H. Əliyev prospekti daxil, giriş yollarının əsaslı təmiri qarışılığında "Elman" MMC-nə 387.787 manat ödəməli olacaq.
Tərəflər arasında “növbəti müqavilə” ifadəsi təsadüf olmadı. Hansı səbəblədəndirsə Samuxun yolları həmişə "Elman" MMC-nə etibar edilir(?) Bu ilin əvəlində də tərəflər arasında bənzər müqavilə bağlanıb. Həmən müqaviləyə görə isə H. Əliyev prospekti, Kolayır prospekti, Kolayır prospekti döngə, Əsgər Zeynalov küçəsi, Mikayıl Müşfiq küçəsi və 28 may küçələrinin təmiri qarışılığında Nümayəndəlik "Elman" MMC-nə 298.901 manat ödəməli olub...
Samux rayonundakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da "Elman" MMC -nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi "Elman" MMC -nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…
DAHA BİR MÜƏMMA:Diqqət etdinizsə Samux şəhərindəki H. Əliyev prospekti bir ildə iki dəfə təmir edilir(?) Bu fakt da kifayət qədər suallar doğurur. Şübhəsiz ki, bu Samux rayon rəhbərliyinin prospektin adını daşıdığı ümummilli liderə olan xüsusi sayqısının göstəricisi ola bilməz. Tam əksinə, əgər belə bir sayqı, sevgi olsaydı bu prospekt bir dəfə, həm də yüksək səviyyədə təmir edilərdi. Bir ildə təmir adı ilə dövlətin pulunu iki dəfə xərcləmək yumşaq desək anlaşılan deyil.
Aidiyyatı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra anlaşılan ola bilər...Araşdırsınlar görək, eyni Lot üzrə tərəflərin bir ildə iki müqavilə bağlaması hansı zərurətdən doğub? Söhbət kiminsə dədəsinin pulunu xərcləməsindən deyil, dövlət babanın pulundan gedir.