Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Qarabağ Dirçəliş Fondunun keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Laguna Group” MMC (VÖEN-1004604201) olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan şirkət Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - “Rebuild Karabakh” sərgisində iştirakın təşkil olunması işlərini həyata keçirəcək və qarşılığında 39 min 943 manat alacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl də “Laguna Group” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Şirkət barədə açıq internet resurslarında geniş məlumat yoxdur.
“Laguna Group” MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur. Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda da şirkət barəsində məlumatlar mövcud deyil.
Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MMC qeydiyyata alınan zaman nizamnamə kapitalı 10 manat olub.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşib, qanuni təmsilçisi isə Qarayev Ərtoğrul Hafiz oğlu olub.
Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsiçisi Rəfiyev Müzadil İlqar oğludur.
Hazırda bu şirkət fəaliyyət göstərmir. Rəfiyev Müzadil İlqar oğlunun qanuni təmsilçisi olduğu başqa bir şirkət – “Aqroman” MMC də (VÖEN – 1202544661) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi 800 min manatlıq tender müsabiqəsində qalib olub.
Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatdadır. Tenderin qalibi olan “Laguna Group” MMC-nin qanuni təmsilçisi olmuş Qarayev Ərtoğrul Hafiz oğlunun da Yalçın Rəfiyevin yaxın qohumu olduğu bildirilir.