Anons

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

YASAMALDA “YEZİT” PEYDA OLUB – İnsanlar yas məclisini yola verməyə su tapmır...

Tarix:1-10-2024, 10:59

YASAMALDA “YEZİT” PEYDA OLUB – İnsanlar yas məclisini yola verməyə su tapmır... Yasamal rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Yasamal rayonu, Əhməd Cavad küçəsində “yezit” peyda olub:

“Biz sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Bildirək ki, yaşadığımız əraziyə illərdir su fasilələrlə, yəni 2 saat səhər, 2 saat isə axşam saatlarında verirlər. Bir çox ərazilərdə su problemi həll olunsa da, Yasamal rayonu, Əhməd Cavad küçəsində bu problem hələ də qalır. Bir “yezit”in əlində qalmışıq. Rəhmətə gedən olanda daha böyük problem yaşayırıq. Tanışı və imkanı olanlar aparıb pulunu verir, istədiyi vaxt, istədiyi qədər su gəlir. Tanışı olmayan, imkansız insanlar isə suya həsrət qalır.

Bu günlərdə küçəmizdə yas mərasimi keçirilirdi. Rəhmətə gedən şəxsin oğlu ilə bizə su verən şəxs küsülü olduğu üçün atasının yas mərasiminə su vermədi. Bununla bağlı “Azərsu”nun “qaynar xətt”i ilə əlaqə saxlasaq da, heç bir tədbir görülmədi. Bunun üçün səlahiyyətli qurumlardan xahiş edirik ki, bizi bu “yezit”lərin əlindən alsınlar.

Onu da deyək ki, sonradan qohumlardan bir nəfər aparıb pul verdiyi üçün, təxminən 1 saat ərzində əraziyə su verildi”.

Məlumat üçün bildirək ki, sözügedən məsələ ilə bağlı həmin gün redaksiyamıza daha bir müraciət daxil olmuşdu. Biz də öz növbəmizdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu ilə əlaqə saxladıq. Ceyhun bəy isə bizi Yasamal Rayon Sukanal İdarəsinə yönəltdi.

Həmin idarə ilə əlaqə saxlayıb sakinlərin şikayətini bildirdik. Telefona cavab verən şəxs şikayəti yalanlayaraq, “belə bir şey ola bilməz, sizdə tamamilə səhv məlumatdır, siz həmin şəxsin adını bilməsəniz də, biz bilirik. İddianız tamamilə şər-böhtandan ibarətdir”,- dedi. Bir sözlə, bu quruma müraciət etməyimizə peşman olduq. Sonradan əraziyə su verildiyini öyrəndiyimiz üçün məsələni elə oradaca saxladıq. Lakin bu gün daha bir müraciət olduğu üçün məsələni ictimailəşdirmək qərarına gəldik.

Jalə FAMİLQIZI

Müəllifdən: Qeyd edək ki, eyniməzmunlu şikayətlər redaksiyamıza dəfələrlə daxil olub. Biz isə, şikayəti hər zaman aidiyyəti üzrə “Azərsu”nun mətbuat xidmətinə yönəldir, mətbuat xidmətinin keçmiş rəhbəri Anar Cəbrayıllının müdaxiləsi ilə sakinləri narahat edən problemlər dərhal həll olunurdu.

Təəssüf ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu nəinki hansısa problemin həllinə cəhd göstərir, mətbuat nümayəndəsinin salamını almağı belə, “özünə sığışdırmır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...