5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Ucar rayonu Bərgüşad kənd sakini Abdullayev Ələddin Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.Media-ya daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab sədr, mən mətbuat vasitəsi ilə Sizə müraciət edərək bildirirəm ki, Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərlə məşğul olur. Belə ki, üç ilə yaxındır ki, mən Ucar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ucar rayon Bərgüşad kəndində yerləşən və mənə məxsus 1200,05 kvadratmetr həyətyanı və 799 kavadratmetr kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə hasar çəkilməsinə mane olmasının cavabdehlər Rəsulova Xanım Alı qızına, Rəsulova Şəfəq Faxrəddin qızına, Abdullayeva Nəzakət Yasin qızına və Əhədova (Abdullayeva) Tahirə Yasin qızına qadağan olunması və cavabdehlərin həmin hasarı çəkmək üçün yaratdıqları manelərin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişəm. Üç ilə yaxındır Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov yekun qərar vermir, Müxtəlif bəhanələrlə məni süründürməçiliyə salır.
Hörmətli cənab sədr, məni iyul ayında Sizə mətbuat vasitəsi ilə müraciət etdim. Müraciətimin səhəri günü hakim Hilal Xəlilov bir gün ərzində tələm-tələsik həm məhkəmə ekspertizası təyin etdi, həmdə həmin ekspert tərəfindən sözügedən ərazidə ekspertiza keçirildi. Artıq ekspertizanın keçirilməsindən üç ay keçib. Bu müddət ərzində dəfələrlə Ucar Rayon Məhkəməsinə müraciət etsəm də, məhkəmə iclasının vaxtının təyin olunması uzadılır. Hakimin köməkçisi mənə deyir ki, ekspertin rəyi təsdiq edilməsi üçüm Bakı şəhərinə Ədliyyə Nazirliyinə göndərilmişdir. Onu təsdiq edən şəxs xəstələnib işə çıxmır. Ekspertizanın rəyi nə vaxt təsdiq olunub məhkəməyə qayıtsa o zaman məhkəmə iclasının vaxtı təyin olunacaq.
Hakim Hilal Xəlilov müxtəlif bəhanələrlə bu məhkəmə işini gecikdirir. Fikirləşir ki, mən artıq ahıl yaşdayam. Mən ölənə kimi belə məhkəmənin yekun qərar verməsini uzadacaq. Bu hakim Hilal Xəlilov tərəfindən mənə qarşı edilən hakim saxtakarlığı, özbaşınalığıdır. Hilal Xəlilov kimi hakim dərhal tutduğu vəzifədən azad edilməli və barəsində cinayət işi başlanmalıdır
O mənim iddiamı rədd edə bilmir. Ona görə ki, ki əlimdə kifayət qədər konkret subutlarım var. Belə ki, 2017-ci ildə mən belə iddia tələb ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişəm və Ucar Rayon Məhkəməsinin 2(063) -60/2018 saylı 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə mənim iddi tələbim təmin edilmişdir. Hal-hazırda olan məhkəmə mübahisəsində göstərilən predmet eynidir. Yəni eyni torpaqdır. Yalnız cavabdehlər fərqli adamlardır. O zaman cavabdeh başqa adam idi. Yəni hal-hazırda olan cavabdehlərin atası, əri və qardaşı idi. Bu şəxs dünyasını dəyişib. Hal-hazırda hakim Hilal Xəlilov məhkəmə iclası keçirsə məcburdu mənim iddia tələbimi təmin etsin ona görə də məhkəmə iclasını keçirməyi müxtəlif bəhanələrlə yubadır....."(Dia-az.Media)