Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

113 nömrəli məktəbdən şikayət var:"... mən bura evlənməyə yox, işləməyə gəlmişəm”

Tarix:13-09-2024, 09:49

113 nömrəli məktəbdən şikayət var:"... mən bura evlənməyə yox, işləməyə gəlmişəm”

113 nömrəli məktəbdən şikayət var:"... mən bura evlənməyə yox, işləməyə gəlmişəm”

“Nikah haqqında şəhadətnaməni istədilər. Dedim ki, mən bura evlənməyə yox, işləməyə gəlmişəm”
Kimya müəllimi Tamerlan Əliyev Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmovadan şikayətçidir.
Müəllim meydan TV-yə deyib ki, müddətli müqavilə əsasında sosial məzuniyyət yerinə işə qəbul olunub.
Sənədlərini toplayaraq 2024-cü il sentyabrın 6-da həmin məktəbə gedib.
“Mən 10 saatlıq dərs üçün getmişdim. Məktəbin direktoru dedi ki, dərs saatınız 18 saat olacaq. Mən də bildirdim ki, yeri biz standart olaraq özümüzə görə seçirik ki, planlarımıza uyğun olsun. Mən 10 saata işləməyə gəlmişəm. Direktor etiraz etdi, mən də cavabında bildirdim ki, bu şərtləri qəbul etmirəm. O dedi ki, müəllimin vəzifəsi məktəb rəhbərliyinin tədris prosesi ilə bağlı dediklərinə əməl etməkdir. Mən isə cavabında bildirdim ki, siz deyəsən, vəzifənizi doğru bilmirsiniz. Bu o demək deyil ki, sizin hər dediyinizi mən etməliyəm”, – Tamerlan Əliyev deyir.
O əlavə edib ki, nazirliyin işə qəbulla bağlı göstərdiyi sənədləri təqdim etsə də, məktəb rəhbərliyi qəbul etməyib:
“Altı il iş stajım var, başqa-başqa məktəblərdə işləmişəm. İşə götürülən zaman Elm və Təhsil Nazirliyinin göstərdiyi sənədlər – diplomumun və şəxsiyyət vəsiqəmin sürətini, kadrlar uçotunu, sağlamlıq haqqında arayışı aparmışdım. Direktora sənədlərimi verəndə götürmədi. Dedi ki, katibəyə ver. Katibə isə nazirliyin göstərdiyi sənədlərdən əlavə 5 sənəd istədi. Bunlar nikah haqqında şəhadətnamə, tərcümeyi-hal və s idi. Mən də dedim ki, onsuz da kadrlar uçotunda tərcümeyi-halım yazılıb. Mən bura evlənməyə yox, işləməyə gəlirəm. Nikah haqqında şəhadətnamənin sürəti sizin nəyinizə lazımdır? Katibə dedi ki, sənədləri yığıb, gələrsən. Sənədlərimi qəbul etmədi”.
113 nömrəli məktəbdən şikayət var:"... mən bura evlənməyə yox, işləməyə gəlmişəm”

Gültəkin Rüstəmova
113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova suallarımızı cavablandırmayıb.
Bakı şəhəri üzrə Təhsil idarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Tamerlan Əliyev məktəbə şəxsi işini təqdim etmədən yalnız çıxarışı ilə gedib.
“Bununla belə, direktor onu qəbul edib. Ona məktəb və iş rejimi barədə məlumat verib. Tamerlan Əliyev isə tələb edib ki, dərsləri həftənin 2 gününə salınsın. Ona izah olunub ki, dərsləri həftənin 3 gününə salına bilər. O, başqa yerdə də işlədiyi üçün 10 saatdan az dərs saatı istədiyini bildirib”, – Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib.
İdarənin cavabından görünür ki, müəllim Tamerlan Əliyevin mövqeyi öyrənilməyib.
Yalnız məktəb direktorunun dedikləri əsasında sorğu cavablandırılıb.
Müəllimin həmin işə götürülüb-götürülməyəcəyi barədə isə heç bir məlumat verilməyib.
Tamerlan Əliyev bildirib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.
Onu Bakı şəhəri üzrə Təhsil idarəsinə yönləndirsələr də, hələ də onun müraciəti ilə maraqlanılmayıb.(Meydan TV)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...