Anons

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

1-07-2025, 16:38- Rusiya Azərbaycana nota verib

1-07-2025, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Haqqımızda Əlaqə

AzTV Haqqın.az-ı vurdu: “Peşəkar reketçilik…” - "...həmin seriala diqqətlə baxsınlar"

Tarix:9-09-2024, 14:09

AzTV Haqqın.az-ı vurdu: “Peşəkar reketçilik…” - "...həmin seriala diqqətlə baxsınlar"

AzTV Haqqın.az-ı vurdu: “Peşəkar reketçilik…” - "...həmin seriala diqqətlə baxsınlar"


Azərbaycan Televiziyası (AzTV) Feysbuk səhifəsində paylaşım edərək, Haqqın.az saytını haqsızlıqda və reketçilikdə günahlandırıb.

Axar.az xəbər verir ki, paylaşımda saytın vaxtaşırı sifarişli yazılar dərc etdiyi, AzTV-ni açıq hədəf aldığı, “peşəkar reketçilik” yolunu tutduğu bildirilib.

“Düzü, ölkədə 5-10 normal sayt varsa, onun da birinin Haqqın.az olduğunu düşünürdük. Lakin görünür, bu saytın da ya reytinqini artırmaq, ya da qazanc əldə etmək hərisliyindən artıq “peşəkar reketçilik” yolunu tutduğunun şahidiyik. Haqqın.az-ın zaman-zaman AzTV ilə bağlı sifariş qoxulu yazılarını oxumuşuq, lakin budəfəki yazı əndazəni aşdı. Yəni bu qədər də yox artıq...

Deməli, sayt dünən AzTV-nin loqosu altında “Azərbaycan televiziyası ailə zorakılığını təbliğ edir” adlı yazı hazırlayıb. Yazıda Haqqın.az əməkdaşları hər nə qədər çalışsalar da, AzTV-nin hansı zorakılığı, nə zaman və harada təbliğ etməsini nəinki əsaslandıra bilməyib, əksinə özlərini gülünc duruma salıblar. Niyə?

1. Əvvəla, Haqqın.az əməkdaşlarının nəzərinə çatdıraq ki, AzTV ölkədə ailə-məişət, tərbiyə və milli dəyərləri təbliğ edən əsas kanaldır və bu yöndə yalnız son 1 il ərzində onlarla videoçarx, sənədli və bədii filmlər hazırlanıb. Nümunə kimi şəklini verdiyiniz “Sevginin ünvanı” serialının əsas motivi də erkən nikah, narkomaniya ilə mübarizə və ailə dəyərlərinin təbliğidir. Haqqın.az əməkdaşlarına məsləhət görərdik ki, yazı hazırlamazdan öncə həmin seriala diqqətlə baxsınlar.

2. “Analitik yazı”da faktiki əksər kanallarda yayımlanan seriallardan şəkillər verilsə də, nədənsə, başlığa yalnız AzTV-nin loqosu çıxarılır. Haqqın.az əməkdaşlarına məlumat üçün deyək ki, AzTV-nin də daxil olduğu QSC özlüyündə yalnız 3 kanalı - AzTV, Mədəniyyət TV və İdman TV-ni birləşdirir. Sayt əməkdaşları ya bunu bilməyəcək dərəcədə cahildir, ya da görünür sifarişçinin tələbindən çıxa bilməyiblər. Əks halda, heç olmasa obyektivlik naminə başlıqda digər kanalların da loqolarını verərdilər.

3. Jurnalistikada hər hansı qurumun adı çəkilirsə, yaxud tənqid olunursa, ən azı peşə etikası həmin qurumla əlaqə saxlamağı, qarşı tərəfin də fikrini öyrənməyi tələb edir. Təbii ki, obyektiv yanaşma varsa... Yox, əgər yazı qərəz və sifariş əsasında hazırlanırsa, qarşı tərəfdən mövqe öyrənməmək də olar. Haqqın.az-ın metodu kimi...

Və sonda... Əziz həmkarlar, əgər bütün bunları sifariş yox, reytinq naminə edirsinizsə ki, AzTV-nin loqosunu görüb yazını daha çox oxusunlar, gecikmisiniz. Çünki artıq nə AzTV o AzTV-dir, nə də oxucu o oxucudur. Biz dəyişmişik. Siz də dəyişin. Adınız “haqqın”dırsa, yazdığınız da haqqına olsun. Hərçənd...”, - yazıda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...