Anons

Dünən, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

Dünən, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

Dünən, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Dünən, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Dünən, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Dünən, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Azay Quliyev rəqibini general qohumunun adı ilə təhdid edib? -PREZİDENTƏ MÜRACİƏT

Tarix:30-08-2024, 10:35

Azay Quliyev rəqibini general qohumunun adı ilə təhdid edib? -PREZİDENTƏ MÜRACİƏT

Azay Quliyev rəqibini general qohumunun adı ilə təhdid edib? -PREZİDENTƏ MÜRACİƏT

Milli Məclisin keçmiş deputatı, hazırda 8 saylı Binəqədi seçki dairəsindən yenidən deputatlığa namizəd olan Azay Quliyev qeyd edilən dairədə gərginlik yaradıb.

Bu barədə həmin dairə üzrə deputatlığa namizəd 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya, Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova, 8 saylı Binəqədi birinci Seçki Dairəsinin sədri cənab Natiq Əliyevə, sensasiyalı şikayət məktubu ünvanlayıb.

"Çox hörmətli cənab Prezident!

Mən bu il – 1 Sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün öz təşəbbüsümlə MSK-nın 8 saylı dairəsinə müraciət etmişdim.

Müvafiq proseduru keçdikdən sonra dairədən mənə imza vərəqələri verildi və imzatoplama kompaniyasını müvəffəqiyyətlə başa çatdırıb sənədləri yenidən 8 saylı seçki dairəsinə təqdim edərkən, mənə bildirdilər ki, neçə illərdi bizim daimi deputatımız Quliyev Azay Əjdər oğludur. O, səninlə görüşmək istəyir, onunla görüş, sonra sənin namizədliyinin qeydə alınmağına baxarıq. Sözün düzü, bu mənə qəribə görünsə də, etiraz etmədim və deputatlığa namizəd olan Quliyev Azay Əjdər oğlu ilə görüşə hazır olduğumu bildirdim.

Bizi əlaqələndirdilər və deputatlığa namizəd Quliyev Azay Əjdər oğlu məni öz kabinetində qəbul etdi. İlk anda məni pis qarşılamasa da, sonradan namizədliyimi geri götürüb onun yanında olmağımı tələb etdi və məndən rədd cavabı aldıqdan sonra mənə qarşı münasibəti dəyişdi və təhdid olaraq bildirdi ki, mən həm Prezident yanında Əfv Komissiyasının üzvüyəm, həm də general qohumuyam (P.S. Əgər bu, təhdid deyildisə nə üçün qohumlarından yalnız birini mənə xatırlatdı, məgər digər qohumları yoxdur ki?

O, bununla mənə, əgər namizədliyimi geri götürmərəmsə, həmin genral qohumundan mənə və atama qarşı bir zor aparatı kimi istifadə edə biləcəyini çatdırdı), baxma ki, səninlə belə mehriban danışıram, deputatlığa namizədliyin qeydə alınsa, səninlə belə “mülayim” danışmayacam, danışıq tərzim dəyişəcəkdir.

Əvvəlcə onun bu təhdidlərini ciddi qəbul etmədim (necə ola bilər ki, Respublikasının Prezidenti cənab İlham Əliyevin administrasiyasında işləyəsən, sənə etimad göstərilib yüksək vəzifə versin, amma sən onun siyasətinə qarşı gedəsən – ədalətsizliklər edib hədə-qorxularla seçki prosesinə müdaxilə və təzyiq edəsən!) ta o vaxta qədər ki, mənim yaxın qohumlarımdan birini də çağırıb o tərzdə təhdid və hədələrlə qorxutmamışdılar.

Belə ki, 26.08.2024-cü il tarixind yaxın qohumlarımdan birini çağırıb deyiblər ki, Rəhimov İlkin Oruc oğluna deyin ki, namizədliyini geri götürsün, çünki Quliyev Azay Əjdər oğlu general qohumudur, onsuz da seçki qutusundan general kimi desə, o çıxacaqdır.

Heç kimin cəsarəti çatmaz ki, generalın bir sözünü iki etsin (əlbəttə, görünür, istər qanuni – istərsə də qeyri-qanuni göstərişləri nəzərdə tutubdur), seçki bitdikdən sonra, əgər Rəhimov İlkin Oruc oğlu deputat seçilməzsə, onda atasının vəziyyətinin necə olacağını düşünsün.

Cənab Prezident!

Sizin vəzifəyə təyin etdiyiniz şəxslərdən ədalətli, vicdanlı insanlardan çoxunu tanıyırıq, amma istisna olaraq ona həvalə etdiyiniz vəzifədən öz şəxsi mənafeyi üçün sui-istifadə edənlər də vardır, o cür insanların “xidməti” sayəsində atamın həyatına təhlükə yaradılıb, təhdidlər edilir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq 8 saylı seçki dairəsində ədalətli seçkilərin keçirilməyi üçün orada nəzarəti gücləndirmək, seçkilər bitdikdən sonra hətta 8 saylı seçki dairəsinin bütün məntəqələrində yoxlamalar aparmaq, yaranmış təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər görülməkdən ötrü xüsusi göstəriş verib yoxlamaları, həmçinin yoxlamaların nəticələrinə müvafiq tədbirlərin görülməyini öz xüsusi nəzarətinizdə saxlamağınızı xahiş edirəm.

Hörmətlə,

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Rəhimov İlkin Oruc oğlu".(Azerbaycanreallığı)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...